Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.10.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

ƏƏSMN sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib

2018-08-06 | Kadr işi | Baxılıb: 365 dəfə | Çap et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məcburi dövlət sosial sığorta haqqı üzrə fərdi uçot sistemində sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir:

"Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları"na uyğun olaraq sığortaedən hər il üçün ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur

"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinə baxmayaraq bugünədək bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən ƏƏSMN-ə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur".

Nazirlik bildirir ki, hesabatların vaxtında, düzgün və tam təqdim olunması üçün sığortaedənlər tərəfindən lazımi işlərin həyata keçirilməsi zəruridir:

"Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaqdır. Ətraflı məlumat üçün sığortaedənlər uçotda olduqları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına müraciət edə bilərlər".

Maddə 477. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulması

Sığortaedənlər tərəfindən "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.

Mənbə: https://az.trend.az/business/2937024.html




Son Kadr işi xəbərləri

2018-10-08 | Xidməti müqaviləsi olanlar nəzarətə götürülür - YENİ QAYDALAR
2018-09-26 | İcbari tibbi sığorta haqqının ödəniş yolları - TƏKLİF
2018-09-26 | Azərbaycanda sahibkarlara sürpriz - HÖKUMƏT QAYDALARI DƏYİŞİR
2018-09-13 | 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır
2018-09-04 | İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq
2018-08-21 | DOST-un xidmətləri hansılar olacaq?
2018-08-06 | ƏƏSMN sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib
2018-07-25 | Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb - EKSKLÜZİV
2018-07-06 | Əmək Məcəlləsində müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dəyişikliklər edildi
2018-07-04 | Baş nazir havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Tax Consultant
Mühasib
Mühasib
Accountant
Chief Accountant
Audit
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!