Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.10.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Məcburi dövlət sosial sığorta haqlarını ödəməyənlərin bank hesablarına sərəncam qoyulacaq

2018-07-30 | İqtisadiyyat | Baxılıb: 245 dəfə | Çap et

Paşa Bankın təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bank sektorunun nümayəndələri arasında görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə məcburi dövlət sosial sığorta haqlarının qanunla müəyyən edilmiş müddətdə sığortaedənlər tərəfindən ödənmədikdə onların cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının Dövlət Sosial Müdafiə Fondunun hesabına alınması məsələləri ilə bağlı birgə görüləcək işlərin düzgün və operativ təşkili müzakirə edilib.

Həmçinin, banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamların mərkəzləşdirilərək elektron qaydada "Sosial sığorta haqqında", "Elektron imza və elektron sənəd haqqında" və "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında" Qanunlara uyğun təşkilinin həyata keçirilməsi, bu istiqamətdə işlərin sürətli, optimal təşkil edilməsi üçün görüləcək işlər təhlil olunub.

Qeyd olunub ki, bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Dövlət Sosial Müdafiə Fondu ilə banklar arasında bağlanılacaq elektron sənəd mübadiləsi haqqında müqavilələrin tələblərinə əsasən həyata keçiriləcək.

Mənbə: http://apa.az/maliyye_xeberleri/mecburi-dovlet-sosial-sigorta-haqlarini-odemeyenlerin-bank-hesablarina-serencam-qoyulacaq-8157.htm




Son İqtisadiyyat xəbərləri

2018-10-19 | 2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2018-10-19 | Həyat sığortasına güzəştlər azaldılacaq
2018-10-15 | Manatı ölkədən çıxarılması ilə bağlı qaydalar təsdiq edilib
2018-10-04 | Məmməd Musayev: Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var
2018-10-04 | Vergilər Nazirliyi sosial çarxlar hazırlayıb
2018-10-01 | Bu gün Vergi, Gömrük məcəllələrinə dəyişikliklərin müzakirəsi başlayır
2018-09-26 | Hansı qanunlarda dəyişikliklər olacaq?
2018-09-20 | Nağd alış-verişin birdəfəlik tarixə qovuşması gündəmdə: Öncə banklardan başlamaq lazımdır
2018-09-14 | Energetik içkilərə vergi tətbiq edilməlidirmi?
2018-08-08 | Bu şirkət Vergilər Nazirliyinin məsləhətçisi oldu


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Tax Consultant
Mühasib
Mühasib
Accountant
Chief Accountant
Audit
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!