Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.10.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

2018-07-26 | Vergi | Baxılıb: 382 dəfə | Çap et

2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

 

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

  • 2018-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

  

2018-ci ilin iyul ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları

 

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

 

cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

 

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

  • Xüsusi notariusların 2018-ci ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

 

Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=pages&page=261




Son Vergi xəbərləri

2018-10-15 | Vergilər Nazirliyi: Nəzarət tədbirləri ilə bağlı şikayətlər daha çox daxil olur
2018-10-10 | Nazir: Hələ də qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq
2018-10-08 | Azərbaycan bankları və ödəniş şirkətləri TaxFree4U və EU4digital platformasına inteqrasiya olunacaqlar.
2018-10-08 | İnşaat materiallarının satışı ilə məşğul olan vergiödəyiciləri ilə maarifləndirici görüşlər keçirilir
2018-10-03 | Azərbaycanda vergi və mühasibat uçotu şəffaf olan sahibkarlar güzəştlər əldə edəcəklər
2018-09-27 | Sadələşdirilmiş verginin ləğv edilməsi planlaşdırılır.
2018-09-26 | Vergilər Nazirliyində yeni şöbə yaradıldı
2018-09-26 | Vergi Məcəlləsi yenidən hazırlana bilər - VİDEO
2018-09-26 | Vergi sistemində qeydiyyat və uçota nəzarət gücləndirilir
2018-09-24 | Şahdağ Turizm Mərkəzi vergiləri azaltmaq istəyir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Tax Consultant
Mühasib
Mühasib
Accountant
Chief Accountant
Audit
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!