MUHASIB.AZ
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

114 illik yaşı olan WCOA mühasiblər konfransının tarixi

2018-07-18 | Mühasibat uçotu | Baxılıb: 194 dəfə

İlk Dünya Mühasiblər Konqresi 20-ci əsrin əvvəlində 114 il bundan qabaq keçirilmişdir.

1904-cü ildə dünya dəyişirdi: Henri Ford torpaq üzərində sürətin rekordunu təyin etdi; ABŞ Panama Kanalı üzərində nəzarəti əlinə keçirdi; Böyük Britaniya və Fransa əməkdaşlıq haqqında müqavilə imzaladı və Avstraliya ilk milli hökumətini seçdi.

Bu ilk tədbirdən sonra, növbəti konfranslar əsas qlobal hadisələr olan Böyük Depressiya və iki Dünya müharibəsi arasındakı dövrdə baş vermişdir. Bu gün Ümumdünya Mühasiblər Konqresi, Olimpiya Oyunları kimi hər dörd ildə baş verən geniş miqyaslı, beynəlxalq bir hadisədir.

2018-ci ilin noyabr ayında Sidneydə keçiriləcək 20-ci Yubiley konfransı ilə əlaqədar bu tədbirin tarixini nəzərdən keçirək.


Şəkil 1972-ci ildə Avstraliyada keçirilmiş Mühasiblər konfransından götürülmüşdür.

1904, Sent-Luis, ABŞ.

Birinci Dünya Mühasiblər Konqresi Beynəlxalq Mühasiblər Konqresi adlandırılmışdır. Bu konfrans Misisipi ştatının Sent Luis şəhərində üçüncü Müasir Olimpiya Oyunları və Sent Luis Dünya Sərgisi keçirildiyi zaman təsadüf edirdi. 20 milyon ziyarətçinin iştirak etdiyi 1500 sərgi zalında simsiz telefon və erkən faks maşını nümayiş etdirildi.

"Journal of Accountancy" əsasən, konfras və fond bazarlarında baş verən böhranlardan əvvəlki onilliklər ərzində böyük korporasiyaların genişlənməsi səbəbindən mühasibatlığın və maliyyə hesabatlarının əhəmiyyətinin düzgün dərk olunması olmuşdur.

Anita Denisin "Mühasibat tarixini nəzərə alaraq" yazdığı kitabında, "konfrans iştirakçıları gələcəkdə standartların əsasını qoyan bəzi standartları hazırlayıb müzakirə edirdilər.

Bu da konfransın uğurla keçməsinə səbəb oldu.

1926, Amsterdam, Niderland

Növbəti konfrans yalnız 1926-cı ildə çağırıldı. Onun məqsədi informasiya mübadiləsini həyata keçirmək və dünyada mövcud mühasibat metodlarını müqaisə etmək olmuşdur. Spenser E.Antenin "Kreativ Kapital: Corc Doriot və Müəssisə Kapitalının Meydana Gəlməsi" adlı əsərində qeyd etdiyi kimi "konfransda Niderland Bankının baş katibi G. H. M. Delprat kimi böyük iqtisadçılar iştirak edirdi".

1929, Nyu York, ABŞ

Üçüncü konfrans 20-ci illərin axırında həyata keçirildi. Bu Böyük Depressiya və fond bazarı iflasa uğrayandan bir ay əvvəl baş vermişdi.

1933, London, Böyük Britaniya

Mühasibat uçotu tarixinə (RLE Mühasibat): Beynəlxalq Ensiklopediyaya əsasən ikinci Avropa konfransı "Mühasibat elmi" və "Konsolidasiya edilmiş mühasibatlıq" kimi mövzuları gündəmə gətirmişdir.

1938, Berlin, Almaniya

Müharibədən əvvəl baş vermiş kofrans bütün dünya mühasibləri üçün mühüm əhəmiyyət kəsb edirdi. Almaniyada, dövlət tərəfindən tənzimləmə tədbirləri həyata keçirilmişdir. Berlin konfransında 315 nümayəndə (dünyanın 33 ölkəsindən) iştirak etmişdir.

1952, London, Böyük Britaniya

Müharibədən sonrakı keçirilən 7-ci mühasibat uçotu konfransında isə dünyanın 36 ölkəsindən 2.510 nümayəndə iştirak etmişdir. Mövzular idarəetmə uçotu və inflyasiya mühasibatlığını əhatə edirdi. Bu son müharibələrə gətirib çıxartmış iqtisadi problemlərin əsaslı həllinə yönəldilmiş mühasibatın töhfə verə biləcəyi zamana təsadüf etmişdir

1957, Amsterdam, Niderland

Amterdamda keçirilmiş ikinci konfransda məvzular daxili və xarici auditə həsr olunmuşdur.

1962, Nyu York, ABŞ

Bu konfrans auditin və maliyyə hesabatlarının dünya iqtisadiyyatına olan təsirini diqqət mərkəzində saxlamışdır. Mühasibat uçotunun qlobal harmonizasiyasına çağırışlar olmuşdur.

1967, Paris, Fransa

İşıqlar şəhərində mühasibat uçotunun harmonizasiyası, konsolodasiya edilmiş və dövlət müəssisələrinin mühasibat uçotu məsələləri müzakirə edilmişdir.

1972, Sidney, Avstraliya

Sidneydə keçirilmiş konfransın onilliyində beynəlxalq mühasibatın əsas məqsədləri mühasibata aid mövzuları ön plana çəkmək olmuşdur. İştirakçılar dünyanın müxtəlif bölgələrindən, o cümlədən Bermuda, Malta, Uqanda, həmçinin Yaponiyadan olan böyük bir nümayəndə heyəti ilə gəlmişdir. Mərasim ilə bağlı bir poçt markası da hazırlandı.

İştirakçılar mühasibat uçotunun harmonizasiyası və beynəlxalq mühasibat uçotu qurumunun yaradılması üçün çağırışlar edirdilər. 1973-cü ildə Beynəlxalq Mühasibat Standartları Komitəsi (IASC) yaradıdı. Meri E. Harstonun "Mühasibat tarixi" kitabında qeyd etdiyi kimi "bunu konfransın bu günə qədər olan ən əhəmiyyətli töhfəsi hesab etmək olar".

1977, Münhen, Almaniya

1977-ci ildə Beynəlxalq mühasiblər federasiyası (IFAC) mühasibatlıq peşəsini mühasibatlıq standartlarının yaradılması istisna olmaqla bütün məsələlərdə beynəlxalq səviyyədə təmsil etmək üçün yaradılmışdır. Bu Münhen konfransında onilliklər ərzində aparılan danışıqların və əməkdaşlığın qələbəsi idi.

1977-ci ildən başlayaraq Dünya Mühasiblər Konfransı Beynəlxalq Mühasiblər Federasiyasının təşkilatçılığı ilə hər beş ildən bir, 2002-ci ildə hər dörd ildən bir keçirilməyə başlayıb.

1982, Mexiko şəhəri, Meksika

Bu konfrans İFAK tərəfindən keçirilən ilk konfrans idi. Burada hər an dəyişilən dünyada mühasiblərin peşəkar məsuliyyətlərinə diqqət yönəldilmişdir.

1987, Tokio, Yaponiya

13-cü Beynəlxalq Mühasiblər Konfransı Asiyada keçirilən ilk konfrans hesab olunur. Konfransda eyni zamanda beynəlxalq mühasibatlıq və audit standartları məsələləri müzakirə edilmişdir.

1992, Vaşinqton D.C., ABŞ

Meri E. Harston fikrinə əsasən, konfrans İFAC-ın əhəmiyyəti əks etdirib kapital bazarını və əhalinin tələbatını dəyişməklə yanaşı, mühasibatlığın dünya əhəmiyyətli peşə olduğunu qeyd edib, onun qlobal biznesin inkişafına təkan verən mühüm amil olduğu vurğulanıb.

1997, Paris, Fransa

Konfrans qlobal əhəmiyyət kəsb edib yaxın zamanda keçirilən Ümumdünya Ticarət Təşkilat ilə rəqabət apara bilib.

2002, Hong Kong, Çin

Çində ilk konfransa Şu Ronjı rəhbərlik edirdi. O deyirdi ki, Çin hökuməti mühasib peşəsinin vacibliyini qiymətləndirib, mühasibat sisteminin qurulması, bu sahədə mütəxəssislərin yetişməsi üçün ciddi səylər göstərəcək. Dünyanın müxtəlif yerlərindən gələn mühasib və investorlar öz istedlarını tətbiq edib Çinin güc və imkanlarından istifadə etməklə öz karyeralarında yüksələ bilərlər.

2006, İstanbul, Türkiyə

Bu konfrans iqtisadi artım və sabitliyə həsr edilmişdir.

2010, Kuala Lumpur, Malayziya

Konfransın mövzularına mühasibat etikası, idarəetmə, standartlar, yaxınlaşma, mühasibat peşəsinin inkişafı, inteqrasiya olunmuş hesabat və davamlılıq və "İslamda maliyyə" daxil edilmişdir. Dünya Bankı, Beynəlxalq Şəffaflıq Təşkilatı, Avropa Komissiyası, Beynəlxalq Audit və Mühasibat Standartları Şurasından 6000-dən çox, 134 ölkədən və müxtəlif təşkilatlardan nümayəndələr iştirak edirdilər.

2014, Roma, İtaliya

Romaya 4000-dən çox nümayəndə Afrikadan gəlib (yalnız Nigeriyadan 1100 nəfər). Roma papası Fransiz də çıxış etdi. Eyni zamanda etika və ictimai maraqları əks etdirən mövzular hərtərəfli müzakirə edildi. Korrupsiya və insan alverinə qarşı mübarizə tədbirləri müzakirə edildi.

2018, Sidney, Avstraliya

Bu konfrans WCOA-nin 20 illik yubileyini qeyd edəcək və və 2018-ci ilin noyabrında 6 mindən çox nümayəndənin Sidneyə səfər etməsi gözlənilir.

Mənbə: https://wcoa2018.sydney/20th-anniversary-of-wcoa/




Son Mühasibat uçotu xəbərləri

2018-07-26 | Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində görüş keçirilmişdir.
2018-07-18 | 114 illik yaşı olan WCOA mühasiblər konfransının tarixi
2018-07-16 | Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində mühasibat uçotu üzrə tədris proqramının müzakirəsi aparıldı
2018-07-09 | Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tətbir keçirilib
2018-06-27 | Layihə çərçivəsində Xəzər Universitetində müzakirə keçirilib
2018-06-22 | Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi layihəsi
2018-06-14 | ARPA-da mühasibatlıqla bağlı yeni komitə təsis olunub
2018-06-14 | Peşəkarlığı müəyyənləşdirən meyarlar hazırlanır
2018-06-12 | Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək
2018-06-11 | Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması mexanizmləri təkmilləşdiriləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Arxadır insana onun kamalı,
Elmdir insanın dövləti, malı

Nizami Gəncəvi


Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi
Zərərin keçirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!