MUHASIB.AZ
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində mühasibat uçotu üzrə tədris proqramının müzakirəsi aparıldı

2018-07-16 | Mühasibat uçotu | Baxılıb: 152 dəfə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində "Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi" layihəsi çərçivəsində 6 iyul 2018-ci il tarixində Sumqayıt Dövlət Universitetində görüş keçirilib. Layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması, aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir.

Görüşdə SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və kafedranın əməkdaşları; Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva və birliyin üzvləri Kəmaləddin Quliyev, Rauf Rzayev; Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov, BMU-nun baş müəllimləri Qalib Mikayılov, Sənan Hüseynzadə; "Sinam" MMC ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov, Maliyyə analitiki İbrahim Süleymanov iştirak edirdilər.

İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, universitetlərdə görüşlər yekunlaşdıqdan sonra səsləndirilən təkliflərin yekun müzakirəsi üçün Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, ekspertlərin və universitet nümayəndələrinin iştirakı ilə Bakı şəhərində dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək bu cür layihələrin mühasibatlığın inkişafındakı əhəmiyyətindən, mövcud problemlərin həllinin tapılmasında böyük rol oynayacağını bildirdi və bugünkü görüşün Sumqayıt Dövlət Universitetində keçirilməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, sıx əməkdaşlıq etməklə bu sahənin inkişafına böyük töhfə olacaq.

Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev SDU-da Mühasibat uçotu və audit ixtisası üzrə tədris olunan dərs proqramları barədə çıxış etdi. Mövcud mühasibat uçotu proqramı nəzərdən keçirildi.

Daha sonra tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi və təkliflər səsləndirildi.

Mənbə:




Son Mühasibat uçotu xəbərləri

2018-07-26 | Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində görüş keçirilmişdir.
2018-07-18 | 114 illik yaşı olan WCOA mühasiblər konfransının tarixi
2018-07-16 | Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində mühasibat uçotu üzrə tədris proqramının müzakirəsi aparıldı
2018-07-09 | Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tətbir keçirilib
2018-06-27 | Layihə çərçivəsində Xəzər Universitetində müzakirə keçirilib
2018-06-22 | Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi layihəsi
2018-06-14 | ARPA-da mühasibatlıqla bağlı yeni komitə təsis olunub
2018-06-14 | Peşəkarlığı müəyyənləşdirən meyarlar hazırlanır
2018-06-12 | Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək
2018-06-11 | Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması mexanizmləri təkmilləşdiriləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Bilik kəsb etməklə dünyanı qazan.
Əsmanı oxu ki, məna alasan.
Qaç o sözlərdən ki, mənası boşdur,
İlahi elmlər öyrənmək xoşdur.

Nizami Gəncəvi


Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi
Zərərin keçirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!