Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.07.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Prezident: Vergidənyayınma hallarına son qoyulmalıdır

2018-07-10 | İqtisadiyyat | Baxılıb: 73 dəfə

"Son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir", - deyə Prezident bildirib.

Onun sözlərinə görə, sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər:

"Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq".

Mənbə: https://report.az/maliyye/prezident-vergidenyayinma-hallarina-son-qoyulmalidir/




Son İqtisadiyyat xəbərləri

2018-07-10 | Prezident: Vergidənyayınma hallarına son qoyulmalıdır
2018-07-06 | Sosial vergi yükü ağırdır
2018-07-04 | Azərbaycanda müəssisələrin mikroiqtisadi göstəricilərinin təhlilinə başlanacaq
2018-06-29 | Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək
2018-06-29 | DGK və Vergilər Nazirliyi gömrükdən keçirilən malların eyniləşdirilməsi vasitələrinə birgə nəzarət edəcək
2018-06-29 | Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanları iştirak edəcək
2018-06-29 | İdxal-ixrac əməliyyatlarında risklərin idarə olunması sistemi yaradılacaq
2018-06-29 | Tütün məmulatları və alkoqollu içkilərlə əlaqədar Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat Sistemi yaradılacaq
2018-06-27 | 5 milyon kapital və 250 işçilə mikro, kiçik və orta sahibkarlığı dəstəkləyəcək - FƏRMAN
2018-06-22 | Ezamiyyət xərclərinin normaları artırılıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

Главный бухгалтер
Baş mühasib
Maliyyə üzrə kiçik mütəxəssis
Chief Budgeting and Reporting specialist
Accountant (Reporting)
Бухгалтер

 :: Sual - Cavab
Əmlak vergisi
Zərərin keçirilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!