Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.19
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tətbir keçirilib

2018-07-09 | Mühasibat uçotu | Baxılıb: 276 dəfə | Çap et

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində "Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi" adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi: ölkəmizdə mühasibat uçotunda yeni standartlara keçidlə bağlı həyata keçirilən fəaliyyətlərdən biri olan universitetlərdə bu istiqamət üzrə vahid tədris proqramının hazırlanması yönündə görülən işlərə dəstək məqsədilə ekspertlərdən ibarət işçi qrupu yaratmaq, müzakirələr keçirmək və əldə olunan yekun nəticələri Təhsil Nazirliyinə təqdim etməkdən ibarətdir.

Layihə çərçivəsində növbəti görüş 4 iyul 2018-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında olub və ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Görüşdə Akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru Sirac Məmmədov, "Maliyyə və mühasibat uçotu" kafedrasının müdiri dosent Gülnarə Hacıyeva və kafedranın müəllim heyəti, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Bakı Mühəndislik Universitetin Mühasibat uçotu və audit kafedrasının müdiri dosent Firudin Sultanov, SİNAM şirkətinin nümayəndələri Elşən Şərifov və İbrahim Süleymanov iştirak edirdilər. İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra kafedra müdiri Gülnarə Hacıyeva və müəllimlər mühasibat uçotu ixtisası barədə məlumat verdilər. Tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi və müxtəlif təkliflər səsləndirildi.

Xatırladaq ki, layihə çərçivəsində artıq bir neçə universitetdə görüşlər həyata keçirilmiş və təkliflər toplanılmışdır. Görüşlər yekunlaşdıqdan sonra səsləndirilən təkliflərin yekun müzakirəsi üçün Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, ekspertlərin və universitet nümayəndələrinin iştirakı ilə Bakı şəhərində dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur.

Mənbə:




Son Mühasibat uçotu xəbərləri

2019-01-15 | Barattson şirkəti Auditorlar Palatası ilə birgə Milli mühasibləri sertifikatla təltif ediblər.
2019-01-14 | Beynəlxalq standartlara əsasən QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib
2019-01-04 | Tələbələr arasında Mühasibatlıq üzrə keçiriləcək Olimpiada çərçivəsində seçim turu keçirilmişdir.
2018-12-19 | Elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsi dəqiqləşdirilib
2018-11-21 | Şuranın dəstəklədiyi layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanmışdır.
2018-11-19 | Daha bir nüfuzlu sığorta şirkəti ARPA-nın korporativ üzvü oldu
2018-11-14 | Bizim şirkət təcrübəsi olmayan gənclərə şans verməkdə maraqlıdır - MÜSAHİBƏ
2018-11-02 | Azercell ARPA-nın Korporativ üzvləri sırasına qoşuldu
2018-03-28 | Baş mühasiblərə vaxt verildi - HÖKUMƏTDƏN QƏRAR
2018-10-13 | Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.

Финансовый аналитик
Mühasib
Accountant
Economist / Researcher
Mühasib
Baş mühasib
1C Operator

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!