Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.07.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Müqaviləsiz işləyən şirkətlər üçün - AĞIR CƏZALAR GƏLİR

2018-07-09 | Hüquq | Baxılıb: 260 dəfə

Azərbaycan hökuməti işçiləri müqaviləszi işlədən şirkətlərə qarşı ciddi tədbirlərə hazırlaşır.FED.az-a hökumətdən verilən məlumata görə, tədbirlər eyni zamanda bir nçə məsələni əhatə edəcək.

Söhbət həm böyük məbləğdə cərimələrdən, həm də belə şirkətlərin dövlət sifarişlərindən kənarda qalmasından gedir.

Bu sahədə maraqlı yeniliklərən biri tikinti sektoruna aid olacaq. Xatırladaq ki, tikinti sahəsi işçilərin müqaviləsiz işlədildiyi və vergidən yayınan əsas sahələrdəndir. Bunun qarşısını almaq üçün planlaşdırılır ki, sifarişçi ilə podratçı, podratçı ilə subpodratçı arasında tikinti və təmir müqavilələri yeni qaydada bağlansın. Belə ki, bu müqavilələrdə tikinti və təmirin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi (işçilərin sayı), təqvim planı, əldə olunacaq mənfəətin (gəlirin), vergi və sosial sığorta haqlarının həcmi ilə bağlı müddəalar məcburi şəkildə əks etdirilməlidir. Başqa sözlə, şirkətlər müqavilə bağlayanda görülən işlərlə yanaşı, bu işlər zamanı nə qədər işçinin çalışacağı, onlara nə qədər əmək haqqı veriləcəyi və ödəniləcək vergilər də göstəriləcək. Hazırda bunnula bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Dövlət sifarişlərindən məhrum olacaqlar

Ən maraqlı məsələlərdən biri işçilərlə əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı tətbiq olunacaq yeni sanksiyadır. Belə ki, planlara görə, işçilərini müqaviləsiz işlədən və buna görə cərimə edilən şirkətlər bir illik müddətə dövlət satınalmalarında iştirakına qadağa qoyulacaq.

Hazırda bununla bağlı da təkliflər hazırlanır.

Bundan başqa, qeyri-rəsmi məşğulluğun aşkar edilməsi üçün aparılan nəzarət tədbirlərində videoçəkilişlərin aparılması və elektron protokolların tərtibi də panlaşdırılır.

Mənbə: http://www.fed.az/az/news/read/43899




Son Hüquq xəbərləri

2018-07-09 | Müqaviləsiz işləyən şirkətlər üçün - AĞIR CƏZALAR GƏLİR
2018-06-27 | Əcnəbilərin Azərbaycanda maliyyə əməliyyatları barədə məlumatlar ölkələrinə yeni qaydalarla təqdim ediləcək
2018-06-22 | Borc pulun notariusda təsdiqlənən müqavilə əsasında verilməsinə dair yeni prosedur müəyyənləşib
2018-04-24 | Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib
2018-04-24 | Mərkəz: Mülki Məcəlləyə dəyişikliklər kiçik investorların xeyrinədir
2018-04-17 | Apellyasiya Şuraları niyə yaradıldı? - SƏBƏB
2018-04-03 | Banklar hüquqi şəxslərin dövlət müəssisəsi olub olmadığını müəyyənləşdirə biləcək
2018-03-27 | Maliyyə mübadiləsi barədə fərdi məlumatların verilməsi qaydaları dəyişdirilir
2018-03-12 | Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişikliklər edilib.
2018-01-22 | 14 mindən artıq borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Главный бухгалтер
Baş mühasib
Maliyyə üzrə kiçik mütəxəssis
Chief Budgeting and Reporting specialist
Accountant (Reporting)
Бухгалтер

 :: Sual - Cavab
Əmlak vergisi
Zərərin keçirilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!