Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.07.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlər hazırlayacaq

2018-07-06 | Vergi | Baxılıb: 100 dəfə

Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindəndir. Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir. "ASAN xidmət"lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir.

Nazirliyin məlumatında qeyd olunur ki, tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar "ASAN xidmət"in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov son bir ildə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında və işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər olub.

Təkcə 2018-ci ilin yanvar-may aylarında əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasiya Sistemində əlavə olaraq 43 min 434 əmək müqaviləsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 2 dəfədən çox (ötən il 21 min 506 müqavilə) təşkil etməklə əmək bazarında ciddi müsbət dəyişikliklərə dəlalət edir. Ümumilikdə, 2018-ci il iyunun 1-nə qədər 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Ötən ilin analoji dövründə həmin rəqəm 1 milyon 287 minə bərabər olub. Əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində qeydə alınıb. Aparılan tədbirlər muzdla çalışan insanların da mülki, yaxud digər müqavilələr bağlamasına səbəb olub, son bir ildə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

Mənbə: https://report.az




Son Vergi xəbərləri

2018-07-10 | Azərbaycanda vergi yoxlamaları və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq
2018-07-06 | Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlər hazırlayacaq
2018-07-04 | Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub
2018-07-04 | Vergilər Nazirliyi makro və mikro səviyyədə analitik baza formalaşdıracaq
2018-07-03 | Vergilər Nazirliy: Yeni apelyasiya sistemi vergi sistemində korrupsiya elemetlərinin qarşısını alacaq
2018-06-30 | "Yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlər görüləcək"
2018-06-30 | Vergilər Nazirliyində struktur islahatları aparılıb
2018-06-29 | Uqandada sosial şəbəkələrdən istifadə üçün vergi tutulur
2018-06-29 | Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
2018-06-29 | Vergi və gömrük rüsumlarından azadolunma ilə bağlı mərkəzləşdirilmiş reyestr yaradılacaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Molla və quldurlar.

Günlərin birində quldurlar Mollanı yolda tutub soyurlar. Eşşəyini, cibindəki pullarını alandan sonra başlayırlar özünü də döyməyə. Molla axırda dilə gəlib deyir:
- Yaxşı, var-yoxumu əlimdən aldınız, öz yerində, bəs özümü niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?


Главный бухгалтер
Baş mühasib
Maliyyə üzrə kiçik mütəxəssis
Chief Budgeting and Reporting specialist
Accountant (Reporting)
Бухгалтер

 :: Sual - Cavab
Əmlak vergisi
Zərərin keçirilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!