Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.09.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Baş nazir havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb

2018-07-04 | Kadr işi | Baxılıb: 395 dəfə | Çap et

Baş nazir Novruz Məmmədov havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, 2018-ci il 4, 5, 6, 7 iyul tarixlərindən hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyət orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə, təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinin və həmin Məcəlləyə 2-ci əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət etməsini təmin etsinlər.

Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinə əsasən, İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Əmək Məcəlləsinə 2-ci əlavənin 1-ci hissəsində qeyd edilir ki, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Mənbə: http://apa.az/xeber-az/sosial_xeberler/bas-nazir-havalarin-keskin-isti-kecmesi-ile-elaqedar-serencam-imzalayib-1475.html




Son Kadr işi xəbərləri

2018-09-13 | 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır
2018-09-04 | İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq
2018-08-21 | DOST-un xidmətləri hansılar olacaq?
2018-08-06 | ƏƏSMN sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib
2018-07-25 | Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb - EKSKLÜZİV
2018-07-06 | Əmək Məcəlləsində müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dəyişikliklər edildi
2018-07-04 | Baş nazir havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb
2018-06-30 | Dövlət Əmək Müfəttişliyi yüksək hava temperaturunda işəgötürənlərin bilməli olduğu məsələlərə aydınlıq gətirib
2018-06-05 | Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf olacaq
2018-05-29 | Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Mühasib, Mühasib Köməkçisi
Financial Manager
Commercial Reporting Specialist
Aparıcı mühasib
Kargüzarlıq üzrə operator
İnsan Resursları üzrə Kargüzar
Senior Accountant

 :: Sual - Cavab
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!