Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.09.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

2018-07-04 | Vergi | Baxılıb: 232 dəfə | Çap et

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.

Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək.

Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.

Mənbə: http://apa.az/maliyye_xeberleri/vergiler-nazirliyinde-ciddi-kadr-deyisikliyi-olub-2318.html




Son Vergi xəbərləri

2018-09-24 | Şahdağ Turizm Mərkəzi vergiləri azaltmaq istəyir
2018-09-20 | Vergi sistemində tətbiq olunacaq yeniliyin mahiyyəti aydın oldu: İşimiz asanlaşır
2018-09-13 | Prezidentdən vergi ilə bağlı - YENİ FƏRMAN
2018-09-13 | Elektron ticarətin vergiyə cəlb olunması
2018-09-06 | Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək
2018-08-24 | Mənzil kirayəyə verənlərə xəbərdarlıq - BAZAR QİYMƏTİLƏ VERGİ HESABLANACAQ
2018-08-14 | Gömrük yığımlarının məbləğlərində dəyişikliklər edilib.
2018-08-10 | Dmitri Volvaç: Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır
2018-08-10 | İkiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb
2018-08-01 | Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı obyektlərində aksiz-nəzarət postları quracaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Mühasib, Mühasib Köməkçisi
Financial Manager
Commercial Reporting Specialist
Aparıcı mühasib
Kargüzarlıq üzrə operator
İnsan Resursları üzrə Kargüzar
Senior Accountant

 :: Sual - Cavab
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!