MUHASIB.AZ
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergi və gömrük rüsumlarından azadolunma ilə bağlı mərkəzləşdirilmiş reyestr yaradılacaq

2018-06-29 | Vergi | Baxılıb: 82 dəfə

Vergi və gömrük ödənişlərindən azadolunma hallarına nəzarət mexanizminin təşkili ilə bağlı icraçı dövlət qurumları müəyyənləşdirilib.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamına əsasən icraçı dövlət qurumları qismində Dövlət Gömrük Komitəsi, Maliyyə, Vergilər və İqtisadiyyat Nazirlikləri çıxış edəcək.

İcraçı dövlət qurumları tərəfindən vergi və gömrük sahəsində qanunvericiliklə müəyyən edilmiş güzəştlərin büdcə gəlirlərinə və sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirinin qiymətləndirilməli, idxal-ixrac əməliyyatlarında, habelə ölkə daxilində vergi və gömrük rüsumlarından azadolunma halları barədə məlumatlara dair mərkəzləşdirilmiş reyestrin yaradılması və aidiyyəti qurumların həmin məlumatlara çıxışının təmin edilməlidir.

Bundan başqa, tədbirlər planına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən texnologiyalar parklarının, İqtisadiyyat Nazirliyi tərəfindən isə sənaye parklarının idarəedici təşkilatına, operatoruna və rezidentlərinə, habelə investisiya təşviqi sənədi almış şəxslərə idxal zamanı gömrük rüsumlarından və əlavə dəyər vergisindən azadolunma hüququndan istifadə məqsədilə verilmiş təsdiqedici sənədlərə dair məlumatların həmin sənədin verildiyi tarixdən 3 iş günü müddətində Dövlət Gömrük Komitəsinə, Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinə müvafiq məlumatlar təqdim edilməlidir. Bununla bağlı Nazirlər Kabineti "Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları"nı təsdiqləyəcək və aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər eidləcək.

Nəzərdə tutulan tədbirlər bu ilin dekabrın 1-dək icra olunmalıdır.

Mənbə: http://apa.az/maliyye_xeberleri/vergi-ve-gomruk-rusumlarindan-azadolunma-ile-bagli-merkezlesdirilmis-reyestr-yaradilacaq-2726.html




Son Vergi xəbərləri

2018-08-14 | Gömrük yığımlarının məbləğlərində dəyişikliklər edilib.
2018-08-10 | Dmitri Volvaç: Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır
2018-08-10 | İkiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb
2018-08-01 | Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı obyektlərində aksiz-nəzarət postları quracaq
2018-07-26 | 2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ
2018-07-18 | Vergi yükünün azaldılması nəzərdən keçirilir
2018-07-10 | Azərbaycanda vergi yoxlamaları və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq
2018-07-06 | Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlər hazırlayacaq
2018-07-04 | Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub
2018-07-04 | Vergilər Nazirliyi makro və mikro səviyyədə analitik baza formalaşdıracaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi
Zərərin keçirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!