Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi layihəsi

2018-06-22 | Mühasibat uçotu | Baxılıb: 294 dəfə | Çap et

Layihə çərçivəsində Odlar Yurdu Universitetində görüş keçirilib

AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində "Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi" adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması, aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir.

Layihə çərçivəsində növbəti görüş 12 iyun 2018-ci il tarixində Odlar Yurdu Universitetində olub və ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Görüşdə Universitetin tədris işləri üzrə prorektoru Novruz Zeynalov, kafedra müdiri Əziz Ələkbərov və kafedranın müəllim heyəti, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev və Bakı Mühəndislik Universitetinin müəllimi Ağamir Əsgərov iştirak edib. İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra universitetin müəllimləri mühasibat uçotu ixtisası barədə məlumat verdilər. Tədbir iştirakçıların müzakirələri ilə davam etdirilib və təkliflər səsləndirilib.

Xatırladaq ki, universitetlərdə görüşlər yekunlaşdıqdan sonra təşkilatımız ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi birgə bu sahədə ixtisaslasmış ekspertlərdən ibarət işçi qrupu yaradılaraq, vahid tədris proqramının ilkin versiyası hazırlanacaq, daha sonra Bakı şəhərində dəyirmi masa təşkil edilərək hazırlanmış son proqramın müzakirəsi keçiriləcəkdir və ekspertlərin imzası ilə təsdiq olunaraq aidiyyatı qurumlara rəy almaq, sonra isə təsdiq olunmaq üçün Təhsil Nazirliyinə təqdim olunacaqdır.

Mənbə:




Son Mühasibat uçotu xəbərləri

2018-11-21 | Şuranın dəstəklədiyi layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Mühasibat Uçotunun aparılması qaydaları hazırlanmışdır.
2018-11-19 | Daha bir nüfuzlu sığorta şirkəti ARPA-nın korporativ üzvü oldu
2018-11-14 | Bizim şirkət təcrübəsi olmayan gənclərə şans verməkdə maraqlıdır - MÜSAHİBƏ
2018-11-02 | Azercell ARPA-nın Korporativ üzvləri sırasına qoşuldu
2018-03-28 | Baş mühasiblərə vaxt verildi - HÖKUMƏTDƏN QƏRAR
2018-10-13 | Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir.
2018-10-08 | Barattson şirkəti və Auditorlar Palatası Milli mühasibləri sertifikatla təltif edib
2018-10-08 | MMF-dən yeni seminar
2018-10-02 | Bakıda mühasibat uçotu üzrə yeni standartların ölkədə tətbiqinə dair konfrans keçirilir
2018-10-01 | Azərbaycanda Beynəlxalq Mühasiblər Forumu Keçiriləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
ABBASINI ÖZÜN AL

Birisi keçəlin boynuna bir sillə vurmuşdu. Keçəl qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra keçələ dedi:
- Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
Bu söz keçəlin xoşuna gəlmədi. Dikəldi və qazının boynuna bir sillə vurub dedi:
- Mən tələsirəm, abbasını ondan özün al!


1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!