Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vergi yığımlarını artırmaq üçün Vergilər Nazirliyinə dəstək verəcək

2018-06-13 | Vergi | Baxılıb: 128 dəfə

Bu gün "17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika" və "8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat" sərgiləri çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu imzalanıb.

Bu barədə "Report"a Vergilər Nazirliyindən mərkəzindən məlumat verilib.

Məlumata görə, vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişlərdirilməsidir.

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.

Mənbə: https://report.az/maliyye/neqliyyat-rabite-ve-yuksek-texnologiyalar-nazirliyi-vergi-yigimlarini-artirmaq-ucun-vergiler-nazirliyine




Son Vergi xəbərləri

2018-06-14 | Dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq
2018-06-14 | Ümumi Hesabatlılıq Standartının tətbiqi və tələblərə əməl edilməsi
2018-06-13 | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vergi yığımlarını artırmaq üçün Vergilər Nazirliyinə dəstək verəcək
2018-06-06 | Vergilər Nazirliyi: Kassa çeki verməyənlərə 6 min manata qədər maliyyə sanksiyası tətbiq oluna bilər
2018-06-06 | Azərbaycanda siqarlara tətbiq edilən vergilər artırılır
2018-06-05 | Mühasibat uçotu haqqında AR Qanununa edilən dəyişikliklər - Mehdi Babayev şərh edir.
2018-06-05 | Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar keçiriləcək
2018-06-02 | Əmək haqqından ödənilən vergilərin azaldılması ilə bağlı vergi eksperti Emin Səttarovun şərhi.
2018-05-31 | Azərbaycanda vergidən azadolmalar təhlil ediləcək
2018-05-27 | Nazir vergidə ediləcək dəyişiklikləri açıqladı


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Toxum göyərsə də torpaqdan, sudan,,
Bu sirri axtarıb tapmamış insan.
Toxumu bəsləyən torpaqdır ancaq.
Ona şəkil də mi verir bu torpaq?
Nizamsız olsaydı yeraltı bir an,
Salxım olardımı, deyin, toxumdan?
Tutaq, salxım olur bir dənin sonu,
Şəkil qalıbına kim salır onu?
Fikri dolaşdıran bu pərdə də bir,
Halları dəyişən səbəb gizlənir.
Dünyada gördüyün hər incə sənət
Allah əsəridir, Ondadır qüdrət.

Nizami Gəncəvi


Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!