Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması mexanizmləri təkmilləşdiriləcək

2018-06-11 | Mühasibat uçotu | Baxılıb: 113 dəfə

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin və yük daşımaların vergi tutulması mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparır.

"Report" xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Həbib Həsənov deyib.

Onun sözlərinə görə, bu sahədə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə vergilərin tam məbləğdə və vaxtında yığılması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, H.Həsənov qeyd edib ki, avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti beş il ərzində avtomobillərin orta istismar müddətinin təxminən 10 ilə endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb.

O həmçinin əlavə edib ki, yerli daşıyıcılar beynəlxalq sərnişin daşımalarını 2 000 avtonəqliyyat vasitəsilə həyata keçirir. Onlardan 1 239-u müasir tələblərə cavab verir.

Mənbə: https://report.az/i-nfrastruktur/azerbaycanda-sernisin-ve-yuk-dasimalarindan-vergi-tutulmasi-mexanizmleri-tekmillesdirilecek/




Son Mühasibat uçotu xəbərləri

2018-06-14 | ARPA-da mühasibatlıqla bağlı yeni komitə təsis olunub
2018-06-14 | Peşəkarlığı müəyyənləşdirən meyarlar hazırlanır
2018-06-12 | Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək
2018-06-11 | Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması mexanizmləri təkmilləşdiriləcək
2018-06-11 | Peşəkar maliyyəçilərin izahlarına üstünlük verilməlidir - Milli Mühasiblər Forumu növbəti seminar keçirəcəkdir.
2018-06-07 | Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalarda dəyişikliklər təsdiq edildi.
2018-06-02 | "Mühasibat uçotu haqqında" AR qanununa dəyişikliklər təsdiqləndi.
2018-05-18 | Milli Mühasiblər Forumu seminar keçirəcəkdir
2018-05-04 | Milli Məclis "Mühasibat uçotu haqqında" qanuna dəyişikliyi təsdiq edib
2018-04-29 | Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.


Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!