MUHASIB.AZ
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Peşəkar maliyyəçilərin izahlarına üstünlük verilməlidir - Milli Mühasiblər Forumu növbəti seminar keçirəcəkdir.

2018-06-11 | Mühasibat uçotu | Baxılıb: 181 dəfə

Əziz mühasiblər, maliyyəçilər, uçot və vergi sahəsinin nümayəndələri.

24 iyun 2018-ci il tarixində Milli Mühasiblər Forumunun təşkil edəcəyi Seminarda iştirak etmək istəyən şəxslərə seçilmiş mövzular barədə aşağıdakı əlavə açıqlamaları vermək istəyirəm:

Bildiyiniz kimi, bu seminarda hamını daha çox maraqlandıran mövzu olaraq "Mühasibat Uçotu Haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş sonuncu əlavə və dəyişikliklərə aydınlıq gətirilməsidir. Bu mövzu ilə əlaqədar əsas çıxışçı mühasibat sahəsində kifayət qədər bilgilərə malik olan, Bakı Mühəndislik Universitetinin Mühasibat Uçotu və Audit kafedrasının kafedra rəhbəri, Dosent Firudin Sultanovdur. Bu mövzu ilə bağlı mənim də praktik aləmə təsir edə bilən amillər, anlaşılmazlıqlar, hətta deyərdim ki, təhlükələr barədə mühasiblər üçün maraqlı çıxışım vardır.

Müxtəlif KİV-lərdə və ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və saytlarda Qanunun bəzi əsas hesab edilə bilən müddəaları və ya tək bir müddəası və ya bir neçə maddəsi yazılaraq ictimaiyyət məlumatlandırılır. Əlbəttə ki, buna görə onlara təşəkkür etmək lazımdır. Lakin hesab edirəm ki, belə təbliğatla hədəfi əldə etmək olmaz və ya "qidalanmaq" mümkün deyildir. Qanunun bir və ya bir-neçə müddəalarının olduğu kimi köçürülərək yazılması nəticəsində mühasiblərə hər hansı ciddi bir bilgi verilə bilməz. Ordan-burdan, sistemsiz olaraq müddəaların mətninin yayılması kimi yanaşma mühasiblərdə çaşqınlıq və fikir qarışıqlığı yarada bilir.

Həmçinin tanıdığlm və hörmət etdiyim peşəkar hüquqşunaslar tərəfindən bu Qanuna edilmiş əlavə və dəyişikliklər barədə hüquqi baxımdam izahlara da rast gəlmişəm və bütün izahlar gərəklidir. Lakin bu Qanunun bir başa maliyyə və bütövlükdə mühasibatlıq sahəsinə aid olduğuna görə birinci növbədə peşəkar maliyyəçilərin izahlarına üstünlük verilməlidir. Hamınız mənimlə razılaşarsınız ki, maliyyəçi və ya mühasibat sahəsinin peşəkarı bu Qanunun həm hüquqi, həm uçot, həm praktik, həm də riskli tərəflərini daha mükəmməl bilir və ya bilmək məcburiyyətindədir. Onsuzda, hüquqşunas dostlarımıza həmişə işimiz düşür və Seminarda da onların iştirakını arzulayırıq.

Qanunun yeni variantında elə müddəalar vardır ki, baxmayaraq ki, müddəa bir sadə cümlədən ibarətdir, həmin müddəanın şifahi izahı üçün ən azından 10 dəqiqə vaxt lazımdır. Hətta elə müddəalar vardır ki, çoxlu suallar yaranır və suallar mövcud reaalığın mənzərəsinə uyğun gəlib-gəlməməsi məsələsini ortalığa qoyur. Seminar zamanı yeni təsnifləşdirməyə uyğun olaraq hər bir təsərrüfat subyekti statusu üzrə, yəni təmsil etdiyiniz müəssisənin mühasibat uçotu subyekti üzrə təsnif edilməsi metodikası, hansı uçot standartının tətbiq edilməsinin müəyyənləşdirilməsi, uçotun tətbiqi vaxtları, məsuliyyətlər, Sertifikatların tətbiqi, Peşəkar mühasib səviyyəsinin əsl mahiyyəti, çaşqınlıqların aradan qaldırılması və daha çox peşəkar izahların şahidi olacaqsınız.

Seminar iştirakçıları Qanunla bağlı, necə deyərlər, KİM, NƏ, HARADA, NƏ VAXT, NİYƏ, HANSI, NƏ ÜÇÜN suallarının hamısına imkanımız daxilində peşəkar cavab ala biləcəklər. Düşünürəm ki, Seminar iştirakçıları indiyə qədər Qanunla əlaqədar bilgilərinə kifayət qədər rəng qata biləcəklər.

Hörmətli mühasiblər, vergiçilər, maliyyəçilər və hüquqşunaslar, həmişəki kimi mən əminəm ki, sizin bu Qanunla bağlı bilgiləriniz az deyildir. Bir daha sizin hamınızın yaxşı və ya peşəkar mühasib olmanızda heç bir şübhəm yoxdur. Sonuncu keçirdiyimiz seminarda yüksək səviyyəli peşəkar mühasiblərin də iştirakı az deyildi. Yenə də, ən azından bilgilərimizin daha da möhkəmləndirilməsi, əminliyin əldə edilməsi, birlikdə müzakirə imkanlarının əldə edilməsi üçün Seminarda birləşməyimiz ümumi işin xeyrinədir.

Gözlənilən çıxışın sizə çox faydası olacağına və seminardan sonra bütün anlaşılmazlıq və çaşqınlıq yarada biləcək düşüncələrə son qoyulacağına əminəm.

Hörmətlə, çıxışçı, audit üzrə mütəxəssis,

Mehdi BABAYEV.

Milli Mühasiblər Forumu elan edir!

II Milli Mühasiblər Forumunun növbəti seminarı keçiriləcəkdir.

Seminarı 5 peşəkar mütəxəssis - Mehdi Babayev, Firudin Sultanov, Radil Fətullayev, Vüqar Cəfərov (bank mütəxəssisi) və Günel Hacıyeva (bank mütəxəssisi) aparacaqdır.

Tarix: 24 iyun 2018-ci il

Başlama vaxtı: 09:30-da

Fasilə (nahar, çay-kofe fasiləsi): 13:00 – 13:40

Bitmə vaxtı: 16:00-da (Son 1.5 saat sual-cavab üçün nəzərdə tutulmuşdur.)

Ünvan: Seminara 3 gün qalmış elan olunacaqdır (Müraciətlərin sayına uyğun təyin olunacaqdır)

Seminarın qiyməti: 15 AZN

Seminarın sonunda iştirakçılara SERTİFİKAT veriləcəkdir.

Qeydiyyat üçün millimuhasiblerforumu@gmail.com e-poçt ünvanına aşağıda göstərilən məlumatları göndərməyiniz xahiş olunur.

Ad, soyad:

İş yeri və ya təhsil müəssisəsi:

Əlaqə məlumatı (e-mail, mobil):

Online bilet əldə etmək üçün yuxarıda qeyd olunan məlumatlara ödəniş haqqında bildirişi əlavə etməyiniz xahiş olunur.

Bank rekvizitləri:

“İqtisadi Resursların Öyrənilməsi” İB

VÖEN: 2001728461

Bank: Accessbank QSC

VÖEN(bank): 1400057421

Kod: 505000

SWIFT: ACABAZ22

M/H: AZ10NABZ01350100000000056944

H/H: AZ40ACAB00001024241000093890

Biletin çatdırılması xidməti mövcuddur. Əlavə ödəniş 2 AZN

Yerində bilet almaq üçün:

Mənbə:




Son Mühasibat uçotu xəbərləri

2018-07-26 | Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində görüş keçirilmişdir.
2018-07-18 | 114 illik yaşı olan WCOA mühasiblər konfransının tarixi
2018-07-16 | Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində mühasibat uçotu üzrə tədris proqramının müzakirəsi aparıldı
2018-07-09 | Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tətbir keçirilib
2018-06-27 | Layihə çərçivəsində Xəzər Universitetində müzakirə keçirilib
2018-06-22 | Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi layihəsi
2018-06-14 | ARPA-da mühasibatlıqla bağlı yeni komitə təsis olunub
2018-06-14 | Peşəkarlığı müəyyənləşdirən meyarlar hazırlanır
2018-06-12 | Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək
2018-06-11 | Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması mexanizmləri təkmilləşdiriləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!