Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.05.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Bitkoin daşınan əmlakla bərabər tutulacaq

2018-05-14 | Vergi | Baxılıb: 87 dəfə

Fransada bitkoin və digər kriptovalyutaları yenidən təsnif etmək və treyderlərin kriptovalyutalardan əldə etdikləri vəsaiti "daşınan əmlakdan" kapital artımı kimi vergiyə cəlb etmək üçün hazırlıq gedir. Bundan əlavə, verginin dərəcəsində də əhəmiyyətli dəyişiklik ediləcək, 45 faizdən 19 faizə endiriləcək.

Bu ilin əvvəllərində bir neçə vergi ödəyicisi Fransanın inzibati məhkəməsinə iddia ərizəsi vermişdilər. Onların iddiası 2014-cü ilin noyabrından qüvvəyə minmiş bitkoinlərdən və rəqəmsal valyutalar ilə əlaqəli digər tranzaksiyalardan vergi tutulması ilə bağlı idi.

Qanunvericiliyə əsasən, valyutalarla edilmiş əməliyyatdan gələn gəlirlər davamlı fəaliyyət zamanı kommersiya gəlirləri, birdəfəlik tranzaksiyalar zamanı isə qeyri-kommersiya gəliri hesab edilirdi. Bu cür təsnifat əsasında vergi ödəyiciləri 45 faizə qədər vergi ödəməyə məcbur edilə bilərdilər.

Fransa kütləvi informasiya vasitələrinin məlumatında bildirilir ki, Dövlət Şurası yuxarıda göstərilmiş iş üzrə iddiaçıların qismən xeyrinə olan qərar qəbul etmişdir. Qərara əsasən, tranzaksiyalardan gələn gəlirin necə tənzimlənməsinə yenidən baxılacaq, bundan sonra həmin gəlir "daşınan əmlakdan" əldə edilmiş gəlir kimi qiymətləndiriləcək.

Bu isə o deməkdir ki, həmin gəlirlər bundan sonra 19 faizlik sabit dərəcə ilə vergiyə cəlb olunmalıdır. Bu, əvvəlki ilə müqayisədə əsaslı şəkildə azdır.

Keçən ilin sonunda Fransanın fond bazarının tənzimləyici orqanı bitkoin və digər rəqəmsal valyutalar ilə əlaqədar müsbət münasibət bildirərək bəyan etmişdi ki, bu valyutalar biznesin qanuni tələblərini yerinə yetirə bilərlər.

Mənbə: http://vergiler.az/art-view/7132/




Son Vergi xəbərləri

2018-05-18 | Vergilər Nazirliyi ödəyicilərə müraciət edib
2018-05-17 | Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir
2018-05-15 | Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçiriləcək müsabiqədə yeniliklər olacaq
2018-05-14 | Bitkoin daşınan əmlakla bərabər tutulacaq
2018-05-14 | Almaniyalı həkimlər Merkeldən "şəkər vergisi"nin tətbiqini xahiş ediblər
2018-05-04 | Mikayıl Cabbarov: "Vergi ödəyicisi deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik, tuta bilirsinizsə, tutun"
2018-05-04 | Vergilər naziri: "Gəlin gizlən-qaç əvəzinə başqa oyun oynayaq"
2018-05-02 | Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb
2018-05-02 | Vergilər Nazirliyi elektron qaydada müraciət əsasında artıq ödənilmiş vergiləri qaytaracaq
2018-05-01 | Azərbaycanda aksiz markası olmayan məhsulların satılmasına görə 3 nəfər həbs edilib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

(Quran, Hud, 84-85)


Summer Internship Program 2018
Maliyyə analitiki
Accounts Payable
Chief Accountant
Baş mühasib
Mühasib
Mühasib

 :: Sual - Cavab
Gəlirdən çıxılan xərclər
Ödəmə mənbəyində tutulan vergilər
NKA və POS-terminalların quraşdırılması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!