Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.05.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilər naziri: "Gəlin gizlən-qaç əvəzinə başqa oyun oynayaq"

2018-05-04 | Vergi | Baxılıb: 452 dəfə

"Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır".

"Report" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.

O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.

"Əgər siz təklif etdiyiniz kimi, limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarına xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir", - nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib: "Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub".

Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır: "Onlar bizə göstərirlər ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarı ilə vergi cinayətidir. Gəlin gizlən-qaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq".

Mənbə: https://report.az/maliyye/vergiler-naziri-gelin-gizlen-qac-evezine-basqa-oyun-oynayaq




Son Vergi xəbərləri

2018-05-18 | Vergilər Nazirliyi ödəyicilərə müraciət edib
2018-05-17 | Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir
2018-05-15 | Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçiriləcək müsabiqədə yeniliklər olacaq
2018-05-14 | Bitkoin daşınan əmlakla bərabər tutulacaq
2018-05-14 | Almaniyalı həkimlər Merkeldən "şəkər vergisi"nin tətbiqini xahiş ediblər
2018-05-04 | Mikayıl Cabbarov: "Vergi ödəyicisi deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik, tuta bilirsinizsə, tutun"
2018-05-04 | Vergilər naziri: "Gəlin gizlən-qaç əvəzinə başqa oyun oynayaq"
2018-05-02 | Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb
2018-05-02 | Vergilər Nazirliyi elektron qaydada müraciət əsasında artıq ödənilmiş vergiləri qaytaracaq
2018-05-01 | Azərbaycanda aksiz markası olmayan məhsulların satılmasına görə 3 nəfər həbs edilib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

Summer Internship Program 2018
Maliyyə analitiki
Accounts Payable
Chief Accountant
Baş mühasib
Mühasib
Mühasib

 :: Sual - Cavab
Gəlirdən çıxılan xərclər
Ödəmə mənbəyində tutulan vergilər
NKA və POS-terminalların quraşdırılması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!