Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb

2018-05-01 | Audit | Baxılıb: 386 dəfə | Çap et

"Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnaməyə müvafiq olaraq 2017-ci ildə Auditorlar Palatası əsas vəzifəsi olan mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkili və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirləri həyata keçirməkdə davam edib. Bu barədə məlumat Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatda öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, əsasnamədə göstərilən funksiyalar üzrə sərbəst auditorların və auditor təşkilatlarının uçotu aparılıb, yeni icazə almış auditorlar müvafiq reyestrə daxil edilib.

"2017-ci ilin 31 dekabr tarixinə 45 sərbəst auditor və 77 auditor təşkilatı fəaliyyət göstərir. Həmçinin ötən il ərzində 36 sərbəst auditora və 30 auditor təşkilatına, o cümlədən 18 sərbəst auditorun və 10 auditor təşkilatının icazəsinin müddəti başa çatdığından, onlara yenidən icazə verilib. 7 sərbəst auditorun və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb, 2 təşkilatın və 1 auditorun icazəsi ləğv edilib", - deyə məlumatda vurğulanıb.

Mənbə: http://fins.az/biznes/945353/7-serbest-auditor-ve-8-auditor-teskilatinin-fealiyyeti-dayandirilib.html




Son Audit xəbərləri

2018-10-15 | Azərbaycanda auditorlar çirkli pulların yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər
2018-10-15 | Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq
2018-10-08 | Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kursları təşkil edir
2018-09-14 | Nəhəng audit şirkəti Azərbaycandakı ittihamlara cavab verdi
2018-06-27 | Bakıda auditorlar korporativ idarəetmədə şəffaflıq problemlərini müzakirə edirlər
2018-05-02 | Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir
2018-05-01 | 7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb
2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi
2018-03-05 | Auditin məcburiliyi sərtləşdirilməlidir
2018-02-27 | KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!