Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.04.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Nazirlik: Gecikdirilmiş 20 min manat işçilərə ödənilib

2018-04-16 | Kadr işi | Baxılıb: 118 dəfə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, xidmət belə müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və cari ilin birinci rübündə 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsaitin 51,1%-i əmək haqlarından, 43,9%-i zərərə görə ödənclərdən, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu istiqamətdə tədbirlər görülərkən aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi və s. barədə qanunvericilik ətraflı izah olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, Bakının rayonlarında, habelə Sumqayıt şəhərində, Şəmkir, Tovuz, Lənkəran, Masallı və digər rayonlarda təbliğat-marifləndirmə məqsədilə regional seminar-müşavirələr də keçirilib. Bu tədbirlər çərçivəsində işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyi və onun tətbiqinə dair konkret mövzularda, habelə qadınların və uşaqların əmək hüquqları ilə bağlı geniş məlumatlandırma işləri aparılıb və ilin sonunadək bu tədbirlər davam etdiriləcək.

Mənbə: https://apa.az/maliyye_xeberleri/nazirlik-gecikdirilmis-20-min-manat-iscilere-odenilib-8840.html




Son Kadr işi xəbərləri

2018-04-17 | Əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək
2018-04-16 | Nazirlik: Gecikdirilmiş 20 min manat işçilərə ödənilib
2018-04-03 | Vergilər Nazirliyi işə qəbulla bağlı xüsusi strategiya qəbul edib
2018-03-30 | Dövlət Əmək Müfəttişliyi Xidməti küləkli hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib
2018-03-24 | Azərbaycanda bu peşə sahələri aktuallığını itirə bilər
2018-03-09 | Ötən il əmək qanunvericiliyini pozanlar 431 min manat cərimələnib
2018-03-01 | Qeyri-rəsmi məşğulluqla mübarizə tədbirləri gücləndirilir
2018-03-01 | Əmək fəaliyyətinin rəsmiləşdirilməsi üçün yeni imkanlar yaradılır
2018-02-12 | Baş Kolektiv Sazişin bağlanması haqqında qərar qəbul ediblər.
2018-02-12 | Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Baş Mühasib
Accountant
Accountant
Бухгалтер
Əmək haqqı üzrə Mühasib
Pul vəsaitlərinin hərəkəti üzrə mütəxəssis
Accountant

 :: Sual - Cavab
NKA və POS-terminalların quraşdırılması
Yaşayış sahəsinin təqdim edilməsi
ƏDV-nin əvəzləşdirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!