Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.04.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

AMB və Vergilər Nazirliyi nağdsız ödənişlərin inkişafı ilə bağlı birgə işçi qrup yaradıb

2018-04-11 | İqtisadiyyat | Baxılıb: 101 dəfə

"Nağdsız Azərbaycan proqramının reallaşdırılması ölkədə monetar sferanın idarə olunmasında mühüm rol oynayacaq."

Bu barədə "APA-Economics"ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, cari ildə AMB tərəfindən 3 layihə həyata keçiriləcək.

"Nağdsız Azərbaycan proqramı bizim ciddi proqramlarımızdan biridir. Bildiyiniz kimi Mərkəzi Bank cari ildə 3 böyük proqram reallaşdıracaq. Bunlar "Ani ödənişlər", "Nağdsız Azərbaycan" və "3D bank sektorunda blokçeyn texnologiyalarına keçid" proqramlarıdır. Hər üç layihə irəliləyir. Biz qoyulan hədəflərə doğru irəliləyirik. Hazırda tədbirlər planı reallaşdırılır. Biz bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə çox aktiv əməkdaşlıq edirik. "Nağdsız Azərbaycan" proqramının reallaşdırılması bütövlükdə ölkədə monetar sferanın idarə olunması, pul kütləsinə monetar nəzarətin həyata keçirilməsində, həm də vergi sistemində artıq başlanmış və nəzərdə tutulmuş geniş islahatlar proqramının həyata keçirilməsində mühüm rol oynayacaq. Ona görə biz Vergilər Nazirliyi ilə birgə işçi qrupu yaratmışıq. "Nağdsız Azərbaycan" prqoramı üzrə əsas tədbirlər planı müəyyənləşdirilib. Tədbirlər planına uyğun birlikdə işlər görülüb və tədbirlər planına uyğun olaraq biz irəliləyəcəyik", - deyə E.Rüstəmov qeyd edib.

Mənbə: http://apa.az/maliyye_xeberleri/amb-ve-vergiler-nazirliyi-nagdsiz-odenislerin-inkisafi-ile-bagli-birge-isci-qrup-yaradib-2548.html




Son İqtisadiyyat xəbərləri

2018-04-21 | Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında Razılaşma Protokolu imzalanıb
2018-04-11 | AMB və Vergilər Nazirliyi nağdsız ödənişlərin inkişafı ilə bağlı birgə işçi qrup yaradıb
2018-04-09 | Mərkəzi Bank uçot dərəcəsini 11%-ə endirib
2018-03-14 | Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlanıb
2018-03-12 | "Ezamiyyə xərclərinin normaları haqqında" AR Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.
2018-03-07 | Milli Məclisdə məcburi dövlət sosial sığorta üzrə borcların silinməsini nəzərdə tutan qanun qəbul edilib
2018-02-21 | Dünya Bankı Vergilər Nazirliyi ilə növbəti 2 ildə əməkdaşlıq sahələrini müəyyən edib
2018-02-21 | Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ödənişlə veriləcək
2018-02-20 | Bil Qeyts ABŞ hökumətini zənginlərə daha yüksək vergi qoymağa çağırıb
2018-02-20 | Azərbaycanda məcburi dövlət sosial sığorta amnistiyası gözlənilir.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

(Quran, Hud, 84-85)


Baş Mühasib
Accountant
Accountant
Бухгалтер
Əmək haqqı üzrə Mühasib
Pul vəsaitlərinin hərəkəti üzrə mütəxəssis
Accountant

 :: Sual - Cavab
NKA və POS-terminalların quraşdırılması
Yaşayış sahəsinin təqdim edilməsi
ƏDV-nin əvəzləşdirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!