Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.09.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlanıb

2018-03-14 | İqtisadiyyat | Baxılıb: 229 dəfə | Çap et

"Hazırda ölkəmizdə 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir".

"APA-Economics"in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi ümumi vergi daxil­olmalarının təxminən 1/3-ni təşkil edir. Nazir müavini qeyd edib ki, sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir: "İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin həcmi artmalıdır. Büdcəyə ödənilən vergilərin həcminin artması ölkədə yaşayan hər bir vətəndaşın rifah halının daha da yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir. Ödənilən vergi müəllimin, həkimin, torpaqlarımızın müdafiəsini təmin edən əsgərlərin təminatının gücləndirilməsinə, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunmasına sərf edilir. Ona görə də cəmiyyətin hər bir üzvündə könüllü vergiödəmə mədəniyyəti formalaşmalı, bu, insanların daxilindən gələn vərdişə çevrilməlidir".

Nazir müavini bildirib ki, 2018-ci il vergi sistemində yeni inzibatçılığa keçid ili kimi müəyyən edilib. Vergi xidmətinin qarşısında qoyulmuş yeni vəzifələrə və tələblərə uyğun olaraq vergi orqanlarına etimad yüksəldilməlidir: "Vergilər Nazirliyi biznes qurumları ilə faydalı və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulmasında maraqlıdır. Nazirlik qarşı tərəfdən də eyni münasibəti gözləyir, hər bir sahibkarı dürüst, vicdanlı, şəffaf olmağa dəvət edir. Vergi ödəyicisi öz vəzifələrini və məsuliyyətini başa düşməli, unutmamalıdır ki, vergiləri vaxtında və tam həcmdə ödəmək Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş borcudur. Vergi orqanı vergi yığmır, dövlətin müəyyən etdiyi vergilərin sahibkarlar tərəfindən dövlət büdcəsinə ödənilməsinin təmin olunmasına nəzarət edir. Sahibkar elə işləməli, işini elə qurmalıdır ki, vergi orqanı onun təqdim etdiyi sənədlərə şübhə ilə yanaşmasın, fəaliyyətini araşdırmağa ehtiyac yaranmasın. Ən yaxşı və düzgün yol şəffaflıqdır. Şəffaflıq tərəflər arasında qarşılıqlı inam və etibarı artırır, biznes təmsilçisinə etimadı yüksəldir, inkişafa səbəb olur, iqtisadiyyatı gücləndirir".

Sahib Ələkbərov vurğulayıb ki, nazirlik vergi yığılmasından könüllü vergi ödənilməsinə keçidi qarşıya hədəf qoyub və bu yanaşma vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə vətəndaşlıq borcunu yerinə yetirməsini nəzərdə tutur.

Mənbə: https://apa.az/maliyye_xeberleri/azerbaycanda-vergi-odeyicilerinin-sayi-aciqlanib-3914.html




Son İqtisadiyyat xəbərləri

2018-09-20 | Nağd alış-verişin birdəfəlik tarixə qovuşması gündəmdə: Öncə banklardan başlamaq lazımdır
2018-09-14 | Energetik içkilərə vergi tətbiq edilməlidirmi?
2018-08-08 | Bu şirkət Vergilər Nazirliyinin məsləhətçisi oldu
2018-07-30 | Məcburi dövlət sosial sığorta haqlarını ödəməyənlərin bank hesablarına sərəncam qoyulacaq
2018-07-10 | Prezident: Vergidənyayınma hallarına son qoyulmalıdır
2018-07-06 | Sosial vergi yükü ağırdır
2018-07-04 | Azərbaycanda müəssisələrin mikroiqtisadi göstəricilərinin təhlilinə başlanacaq
2018-06-29 | Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək
2018-06-29 | DGK və Vergilər Nazirliyi gömrükdən keçirilən malların eyniləşdirilməsi vasitələrinə birgə nəzarət edəcək
2018-06-29 | Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanları iştirak edəcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Baş mühasib
Baş mühasib
Baş mühasib
Mühasib
Maliyyə nəzarəti şöbəsi, Böyük mütəxəssis
Accounts Recievable Clerk
Cost Control Engineer

 :: Sual - Cavab
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!