Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Ötən il vergidən yayınma faktı üzrə 614 cinayət işi bağlanıb

2018-03-12 | Vergi | Baxılıb: 100 dəfə

2017-ci ildə Azərbaycanda ümumilikdə 5878 vergi ödəyicisinə, o cümlədən 4351 hüquqi şəxsdə və 1527 fiziki şəxsdə səyyar vergi yoxlaması həyata keçirilib.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, səyyar vergi yoxlamaları zamanı 5778 vergi ödəyicisində və ya səyyar vergi yoxlaması ilə əhatə olunanların 98,3%-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib: "Səyyar vergi yoxlamaları nəticəsində ümumilikdə 864 milyon 910,95 min manat əlavə vəsait hesablanıb ki, bunun da 555 milyon 412,97 min manatını və ya 64,2 faizini əlavə hesablanmış vergi, 309 milyon 497,98 min manatını və ya 35,8 faizini isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlərlə birlikdə) təşkil edib".

Vergi orqanları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi ilə vergidən yayınma halı ehtimal edilən 18352 sayda operativ vergi nəzarəti tədbiri və 2783 sayda xronometraj metodu ilə müşahidənin təyin edilməsi üzrə risklər təsdiq edilib: "Həmin risklər üzrə operativ vergi nəzarəti tədbirləri nəticəsində 14942 akt tərtib edilib ki, onlardan 12965 sayda akt üzrə qanun pozuntusu aşkar edilib, 10377 sayda məsuliyyət qərarı çıxarılmaqla vergi ödəyicilərinə 21 milyon 793,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub".

Sənəddə bildirilib ki, hesabat dövründə vergi ödəməkdən yayınma faktları üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə 493, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma faktları üzrə 192-ci və 213-cü maddələri ilə 2, qanunsuz sahibkarlıq faktları üzrə 192-ci maddəsi ilə 1, saxta aksiz markalarının dövriyyəsi faktı üzrə 205-1-ci maddəsi ilə 7, aksiz markaları ilə markalanmalı olan məsulları (malları), belə marka olmadan satma, satış məqsədi ilə saxlama, idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı faktları üzrə 213-1-ci maddəsi ilə 19, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları), belə məhsulların (malların) nağd qaydada alğı-satqısı və məhkəmənin aktını icra etməmə faktları üzrə 213-1-ci və 306-cı maddələri ilə 1, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları üzrə 162-1-ci maddəsi ilə 91, cəmi 614 sayda cinayət işi bağlanıb.

Hesabatda qeyd olub ki, vergi borcunun, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının təmin etmək məqsədi ilə Vergi Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq 150 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilib. 2017-ci il və əvvəlki hesabat dövrləri üzrə verilmiş iddia ərizələrdən 45 məhkəmə qətnaməsi daxil olub ki, bunlardan da 44-ü məhkəmələr tərəfindən təmin edilib.

Sənəddə qeyd olunub ki, Nazirliyin Apelyasiya Şurasının icraatında 2017-ci il ərzində ümumilikdə 55 şikayət olub ki, bunlardan 9-u səyyar vergi yoxlamaları, 22-si kameral vergi yoxlamaları, 13-ü operativ vergi nəzarəti tədbirləri, 11-i isə digər məsələlər (artıq ödənilmiş vergilərin qaytarılması, bank hesablarına qoyulmuş sərəncamların qanunsuz hesab edilməsi və s.) ilə bağlı olub.

Mənbə: https://apa.az/iqtisadiyyat-xeberleri/maliyye_xeberleri/oten-il-vergiden-yayinma-fakti-uzre-614-cinayet-isi-baglanib-4559.html




Son Vergi xəbərləri

2018-06-14 | Dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq
2018-06-14 | Ümumi Hesabatlılıq Standartının tətbiqi və tələblərə əməl edilməsi
2018-06-13 | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vergi yığımlarını artırmaq üçün Vergilər Nazirliyinə dəstək verəcək
2018-06-06 | Vergilər Nazirliyi: Kassa çeki verməyənlərə 6 min manata qədər maliyyə sanksiyası tətbiq oluna bilər
2018-06-06 | Azərbaycanda siqarlara tətbiq edilən vergilər artırılır
2018-06-05 | Mühasibat uçotu haqqında AR Qanununa edilən dəyişikliklər - Mehdi Babayev şərh edir.
2018-06-05 | Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar keçiriləcək
2018-06-02 | Əmək haqqından ödənilən vergilərin azaldılması ilə bağlı vergi eksperti Emin Səttarovun şərhi.
2018-05-31 | Azərbaycanda vergidən azadolmalar təhlil ediləcək
2018-05-27 | Nazir vergidə ediləcək dəyişiklikləri açıqladı


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.

Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!