Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Auditin məcburiliyi sərtləşdirilməlidir

2018-03-05 | Audit | Baxılıb: 194 dəfə

Azərbaycanda auditin məcburiliyinin sərtləşdirilməsinin vaxtı çatıb.

Bunu açıqlamasında Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") prezidenti və "Deloitte" audit şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov deyib.

"Orta və iri sahibkarların maliyyə hesabatları açıq resursda olmalıdır ki, dövlət, tənzimləyici orqanlar və digər qurumlar rahatlıqla əldə edə bilsinlər. Ümid edirəm ki, yaxın müddətdə bu sahədə dəyişiklik görəcəyik" - deyə, o qeyd edib.

"Deloiite" rəsmisinin sözlərinə görə, auditdən keçən şirkətlərin sayı artsa da, hələ ki, bu sahədə vəziyyət qənaətbəxş deyil: "Son iki ildə hökumətin audit sahəsinə diqqəti artdığı üçün auditdən keçənlərin sayında da artım müşahidə olunur. Əvvəllər tamamilə hesabatsız işləyən şirkətlər artıq hesabatlılıq üçün bizə müraciət edirlər. Əvvəlki illərə baxanda artım olsa da, hələki Azərbaycan üçün audit olunan şirkətlərin sayı yetərli deyil. Uçotu bərbad gündə olan, vergidən yayınan şirkətlər çoxdur. Lakin artıq bu şirkətlər başa düşürlər ki, müəyyən bir vaxt dövlətin diqqətindən kənarda qalıblarsa, indi əvvəlki kimi işləmək mümkün deyil, dəyişmək lazımdır. Bu da bizi sevindirir. Artım tempi yüksək olsa, daha yaxşı olar."

Nuran Kərimov onu da bildirib ki, AmCham-Azerbaijan hökumətə təqdim etmək üçün müəyyən təkliflər hazırlayır: "AmCham-Azerbaijan" həm vergi, həm maliyyə, həm gömrük, əmək münasibətləri ilə bağlı hökumətə təklif və tövsiyyələr hazırlayır. Əsas hədəf sahibkarlara dəstək göstərən qanunvericilikdə dəyişikliklərin olması ilə bağlıdır. İşlər davam edir, artıq prosesin 60%-i icra olunub. Təxmin edirəm ki, martın sonuna ilkin təkliflər hazır olacaq. İlkin təkliflər çox olur, sonra təkliflərin bir çoxu aktual olmadılğı üçün siyahıdan çıxarılır. Hər dəfə bu proses tam şəffaf təşkil edilir və ictimaiyyətə açıqlanır".

Mənbə: http://marja.az/news/21452




Son Audit xəbərləri

2018-05-02 | Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir
2018-05-01 | 7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb
2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi
2018-03-05 | Auditin məcburiliyi sərtləşdirilməlidir
2018-02-27 | KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət
2018-02-27 | Azərbaycanda 13 auditor şirkətinin fəaliyyəti dayandırılıb
2018-02-06 | Auditorlar üçün "Hippokrat Andı"
2017-01-30 | Azərbaycanda nümayəndəliyi olan audit şirkətinin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub
2018-01-29 | Kommersiya təşkilatlarının və publik hüquqi şəxslərin nəzərinə!
2018-01-12 | Auditorlar Palatası təsərrüfat subyektlərinin rəhbərlərinə müraciət edib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Acını dadmayan şirini bilməz.

Atalar sözü


Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!