Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.09.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

"Kölgə iqtisadiyyatı"nın yaranmasına ikili mühasibat səbəb olur

2018-03-01 | Mühasibat uçotu | Baxılıb: 402 dəfə | Çap et

İqtisadçı-ekspert Radil Fətullayevin sözlərinə görə, Azərbaycanda qeyri-rəsmi məşğulluq, ikili mühasibat kimi xarakterik pozuntu halları geniş yayılıb və bunlar "kölgə iqtisadiyyatı"nın yaranmasına səbəb olur: "Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün müəssisələrin uçot sisteminin təkmilləşdirilməsi, hesablaşmaların tamamilə nağdsızlaşdırılması, beynəlxalq mühasibat sisteminin şərtləri tətbiq edilməlidir. Vergilər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyət daşıdığını deyən iqtisadçının fikrincə, əmək müqavilələrinin elektronlaşdırılması, uçot sisteminin şəffaflaşdırılması, hesablaşmaların banklar və kartlar vasitəsilə həyata keçirilməsi "qara mühasibatın" ləğvi istiqamətində təsirli vasitələrdəndir. 2017-ci ildən başlayaraq nağdsız əməliyyatların genişləndirilməsi, nağd pul vəsaitlərinə limitin tətbiqi, dövlət müəssisələri ilə bərabər, özəl şirkətlərdə maaşların kart vasitəsilə verilməsi vergidən yayınmanın və ikili mühasibatın aradan qaldırılmasına təsir göstərir".

R.Fətullayev hesab edir ki, Azərbaycanın mühasibat və maliyyə sisteminin əsas tərkib hissəsi maliyyə hərəkətlərinin optimallaşdırılması, maliyyə nəzarəti, düzgün uçotun qurulmasıdır. Ölkəmizin milli mühasibat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkmil hüquqi baza yaradılsa da, bəzi təşkilatlarda və təsərrüfat subyektlərində mühasibatın müasir meyarlara uyğunlaşdırılmasında problemlər qalmaqdadır və bu hallar aradan qaldırılmalıdır.

Mənbə: http://vergiler.az/art-view/6904/




Son Mühasibat uçotu xəbərləri

2018-08-20 | Telekommunikasiya sahəsində çalışan mühasiblər üçün Workshop keçirildi.
2018-07-26 | Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində görüş keçirilmişdir.
2018-07-18 | 114 illik yaşı olan WCOA mühasiblər konfransının tarixi
2018-07-16 | Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində mühasibat uçotu üzrə tədris proqramının müzakirəsi aparıldı
2018-07-09 | Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tətbir keçirilib
2018-06-27 | Layihə çərçivəsində Xəzər Universitetində müzakirə keçirilib
2018-06-22 | Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi layihəsi
2018-06-14 | ARPA-da mühasibatlıqla bağlı yeni komitə təsis olunub
2018-06-14 | Peşəkarlığı müəyyənləşdirən meyarlar hazırlanır
2018-06-12 | Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

Mühasib, Mühasib Köməkçisi
Financial Manager
Commercial Reporting Specialist
Aparıcı mühasib
Kargüzarlıq üzrə operator
İnsan Resursları üzrə Kargüzar
Senior Accountant

 :: Sual - Cavab
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!