Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət

2018-02-27 | Audit | Baxılıb: 340 dəfə | Çap et

Auditorlar Palatası, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatlarının və onların tərkibində fəaliyyət göstərən auditorların 2018-ci il 31 yanvar tarixinə olan Siyahısında qeyd edib ki, "KPMG Azərbaycan limited" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti 16.01.17-ci il tarixli ərizəyə əsasən müvəqqəti olaraq dayandırılmışdır.

Ətraflı: http://marja.az/news/21199

"KPMG Azərbaycan"dan "Marja"ya bildirilib ki, şirkətə aid qeyd olunan məlumatlar qeyri-dəqiqdir və oxucularda çaşqınlıq yaradır:

"Bununla bağlı, müzakirə etdiyiniz mövzu ilə bağlı dəqiq məlumatları sizin diqqətinizə çatdırırıq. "KPMG Azerbaijan Limited" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi fəaliyyətini dayandırmayıb və dayandırmağı planlaşdırmır. Bir il öncə, biz könüllü olaraq, bütün auditor xidmətlərinin digər hüquqi şəxs - "KPMG Audit Azərbaycan" MMC tərəfindən göstərilməsini təmin etmək məqsədilə, "KPMG Azerbaijan Limited" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin auditor fəaliyyəti üçün lisenziyasının dayandırılması üçün Azərbaycan Respublikasının Auditorlar Palatasına müraciət etmişik. Bu bizim biznes-proseslərimizin optimallaşdırması çərçivəsində həyata keçirilib və bu prosesin arxasında başqa səbəblər mövcud deyildir. Əlavə olaraq qeyd etmək istərdik ki, "KPMG Azerbaijan Limited" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası Auditorlar Palatası tərəfindən geri çağırılmayıb.

"KPMG Azərbaycan" dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq olaraq təsis edilmiş "KPMG Audit Azərbaycan" MMC və Hernsi qanunvericiliyinə müvafiq olaraq təsis edilmiş, Azərbaycan Respublikasında Nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən və İsveçrə şirkəti olan "KPMG International Cooperative" ("KPMG International") müstəqil üzv şirkətlər şəbəkəsinin üzvü olan "KPMG Azerbaijan Limited" şirkəti nəzərdə tutulur".

"KPMG Azərbaycan" müflis elan edilmiş "Bank Standard" və "Texnikabank"ın auditini aparıb. İddia olunur ki, qlobal audit şirkəti bir çox qanunsuzluqlara göz yumub. "KPMG"nin bu bankların müflisləşməsində təqsirinin olub-olmamasının araşdırılması tələb olunur. "KPMG Azerbaijan Limited" şirkətinin bu səbəbdən fəaliyyətinin dayandırıla bilinəcəyindən şübhələnilir.

Mənbə: http://marja.az/news/21223?title=kpmg-azerbaycan-dan-fealiyyetin-dayandirilmasi-xeberine-munasibet




Son Audit xəbərləri

2018-10-15 | Azərbaycanda auditorlar çirkli pulların yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər
2018-10-15 | Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq
2018-10-08 | Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kursları təşkil edir
2018-09-14 | Nəhəng audit şirkəti Azərbaycandakı ittihamlara cavab verdi
2018-06-27 | Bakıda auditorlar korporativ idarəetmədə şəffaflıq problemlərini müzakirə edirlər
2018-05-02 | Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir
2018-05-01 | 7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb
2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi
2018-03-05 | Auditin məcburiliyi sərtləşdirilməlidir
2018-02-27 | KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Dava yorğan davasıymış.

Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub. Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər. Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:
- A kişi, dava nə üstündə idi?
Molla deyir:
- Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.


1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!