Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Dünya Bankı Vergilər Nazirliyi ilə növbəti 2 ildə əməkdaşlıq sahələrini müəyyən edib

2018-02-21 | İqtisadiyyat | Baxılıb: 167 dəfə | Çap et

Fevralın 19-da vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Nazirlikdən "APA-Economics"ə verilən xəbərə görə, görüşdə Dünya Bankının Azərbaycanın vergi islahatları prosesinə dəstəyi və bu sahədə texniki yardımın göstərilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edilib ki, Dünya Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə müzakirələr və dəyərləndirilmələr aparılıb. Belə sahələr sırasında vergi güzəştləri və azadolmaların monitorinqinə dəstək, onların səmərəliliyinin qiymətləndirilməsi, transfer qiymətləri və BEPS (vergitutma bazasının azaldılması və mənfəətin başqa ərazilərə köçürülməsi ilə mübarizə üzrə tədbirlər planı) tədbirlərinin icrası sahəsində Vergilər Nazirliyinin əməkdaşlarının bacarıqlarının artırılması və potensialının gücləndirilməsi, habelə vergi siyasətinin təhlilinə dəstəyin göstərilməsi kimi istiqamətlərə xüsusi diqqət yetiriləcəyi vurğulanıb.

Dünya Bankı tərəfindən Vergilər Nazirliyinin hazırladığı və hökumətin iqtisadi islahatlarla bağlı Strateji Yol Xəritəsinin dəstəklənməsi məqsədi daşıyan Fəaliyyət Planının ətraflı təhlil edildiyi və qarşıdakı 2 il ərzində əməkdaşlıq sahələrinin müəyyən edildiyi də diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Mənbə: https://apa.az/maliyye_xeberleri/dunya-banki-vergiler-nazirliyi-ile-novbeti-2-ilde-emekdasliq-sahelerini-mueyyen-edib-7247.html




Son İqtisadiyyat xəbərləri

2018-12-13 | Nazirlik rəsmisi: Vergi qanunvericiliyinə dəyişikliklər ölkədə maliyyə bazarlarının inkişafını sürətləndirə bilər
2018-11-30 | Azərbaycanda gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib
2018-11-15 | Sahibkarlar dövriyyələrini necə "kiçildir"...
2018-11-13 | Milli valyutanın ölkədən çıxarılması və gətirilməsində məhdudiyyət olmayacaq
2018-11-08 | Əlavə Dəyər Vergisinin ÜDM-ə nisbəti növbəti il üçün 5,0 faiz nəzərdə tutulub
2018-11-02 | Universitas International İctimaiyyətlə əlaqələr və İctimai kommunikasiya mütəxəssisləri üçün "Effektiv press-relizlərin yazılması" üzrə seminar keçiriləcək.
2018-10-30 | Azərbaycanda uçot dərəcəsi azaldılıb
2018-10-26 | Azərbaycanda topdan və pərakəndə satış mərkəzlərində yeni nəsil nəzarət kassa-aparatları quraşdırılacaq
2018-10-19 | 2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2018-10-19 | Həyat sığortasına güzəştlər azaldılacaq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!