Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.11.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Bakıda maliyyə-investisiya forumu keçiriləcək

2018-02-19 | Maliyyə menecmenti | Baxılıb: 326 dəfə | Çap et

Mayın 5-də Bakıda II Maliyyə və İnvestisiya Forumu (FIF 2018) keçiriləcək. Bu barədə "Report"a Forumun təşkilatçıları məlumat verib.

Məlumata görə, "Rəqəmsal biznes trendləri" şüarı altında keçiriləcək builki forumun əsas məqsədi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.

Forum ötən il olduğu kimi, 3 paneldən ibarət olmaqla günboyu davam edəcək. "İnvestisiya strategiyaları", "Maliyyələşmə strategiyaları", "Vergi siyasəti və mühasibat uçotu" adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılır. Forumda özəl şirkətlərlə yanaşı əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edəcəklər.

"Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konstruktiv əlaqələrin, bilgi paylaşımının olması, ümumilikdə, sektora müsbət təsir edəcək. Maliyyə, vergi, audit, mühasibatlıq sahəsində çalışan menecerlər, sahibkarlar və ümumiyyətlə, bizneslə əlaqəli hər kəs bu forumda iştirak edə bilər", - deyə təşkilatçılar bildiriblər.

Xatırladaq ki, ilk forum 2017-ci il mayın 5-də 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə keçirilib.

Mənbə: https://report.az/maliyye/bakida-maliyye-investisiya-forumu-kecirilecek/




Son Maliyyə menecmenti xəbərləri

2018-04-11 | Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək
2018-02-19 | Bakıda maliyyə-investisiya forumu keçiriləcək
2017-03-30 | Maliyyə və İnvestisiya Forumu keçiriləcək
2016-12-24 | Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək - "Mələk investorlar"
2015-01-06 | Maliyyə Nazirliyi "Vətəndaşın büdcə bələdçisi"ni təqdim edib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.

Mühasib
Financial reporting specialist
Aparıcı Mühasib
Mühasib
Maliyyə Müdiri
Maliyyə hesabatları üzrə mütəxəssis
Mühasib köməkçisi

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!