MUHASIB.AZ
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Əmək müqaviləsinə xitam veriləcəyi hədəsi ilə işçini əmək funksiyasına aid olmayan işi görməyə məcbur etmək qadağandır

2018-02-09 | Kadr işi | Baxılıb: 224 dəfə

"Məcburi əmək və insan alverinin qarşısının alınması" mövzusunda seminar keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə keçirilən növbəti seminar "Məcburi əmək və insan alverinin qarşısının alınması" mövzusuna həsr olunub.

Xidmətin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçən seminarda məcburi əməyin qanunla qadağan olunduğu vurğulanıb. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının "Mәcburi әmәk һaqqında" 29 saylı Konvensiyasına qoşulduğu, bu sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu konstitusion prinsip milli əmək qanunvericiliyində də əksini tapıb. Əmək Məcəlləsində deyilir: "Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər".

Bununla belə, Məcəllədə yalnız hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verildiyi qeyd olunur.

Seminarda məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən də bəhs olunub. Məcburi əməyin insanların istismarının bir forması olduğu, insan alverinin də çox zaman məcburi işlərə cəlb etmək, istismara məruz qoymaq məqsədi daşıdığı bildirilib. Həmçinin məcburi əməyin qarşısının alınması yönündə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial reabilitasiyası, zəruri yardımlarla təmin edilmələri yönündə görülən işlər diqqətə çatdırılıb.

Seminarda tədbir iştirakçılarının sualları da cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.

Mənbə: https://az.trend.az/azerbaijan/society/2858816.html




Son Kadr işi xəbərləri

2018-08-06 | ƏƏSMN sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib
2018-07-25 | Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb - EKSKLÜZİV
2018-07-06 | Əmək Məcəlləsində müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dəyişikliklər edildi
2018-07-04 | Baş nazir havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb
2018-06-30 | Dövlət Əmək Müfəttişliyi yüksək hava temperaturunda işəgötürənlərin bilməli olduğu məsələlərə aydınlıq gətirib
2018-06-05 | Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf olacaq
2018-05-29 | Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur
2018-05-25 | Vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək
2018-05-22 | "Əmək məzuniyyətlərinin müddətləri"nə dəyişiklik edildi
2018-05-22 | Dövlət Miqrasiya Xidmətinin yeni rəisi sahibkarlara xəbərdarlıq edib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Ac adamı qurd yeməz.

Atalar sözü


Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!