Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.10.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

2018-ci ilin "İş vaxtının norması" və "İstehsalat təqvimi"ndə dəyişikliklər edilib.

2018-02-08 | Kadr işi | Baxılıb: 626 dəfə | Çap et

AR Prezidentinin "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-cil tarixli 3 nömrəli qərarı ilə "2018-ci il üçün iş vaxtının norması"nda"2018-ci ilin istehsalat təqvimi"ndə müvafiq dəyişikliklər edilib. Qərara əsasən, "2018-ci il üçün iş vaxtının norması"nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" AR Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə" AR Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır".

Qərarla həmçinin "2018-ci ilin istehsalat təqvimi"ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "168" rəqəmi "159" rəqəmi ilə, "175" rəqəmi "184" rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "469" rəqəmi "460" rəqəmi ilə, "502" rəqəmi isə "511" rəqəmi ilə əvəz edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki "İstehsalat təqvimi" bölməsində də yerləşdirilib.

AR Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən AR Milli Məclisi deputatlarının, AR Prezidentinin, AR bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Eyni zamanda, AR Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Yenililənmiş "2018-ci ilin İstehsalat təqvimini və İş vaxtı normasını" YÜKLƏYİN

Mənbə: http://www.mlspp.gov.az/az/pages/17/40/information/1540




Son Kadr işi xəbərləri

2018-10-08 | Xidməti müqaviləsi olanlar nəzarətə götürülür - YENİ QAYDALAR
2018-09-26 | İcbari tibbi sığorta haqqının ödəniş yolları - TƏKLİF
2018-09-26 | Azərbaycanda sahibkarlara sürpriz - HÖKUMƏT QAYDALARI DƏYİŞİR
2018-09-13 | 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır
2018-09-04 | İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq
2018-08-21 | DOST-un xidmətləri hansılar olacaq?
2018-08-06 | ƏƏSMN sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq edib
2018-07-25 | Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb - EKSKLÜZİV
2018-07-06 | Əmək Məcəlləsində müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dəyişikliklər edildi
2018-07-04 | Baş nazir havaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Tax Consultant
Mühasib
Mühasib
Accountant
Chief Accountant
Audit
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!