Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.10.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Sahibkarların təsnifatı yeni prinsiplə aparılacaq

2018-02-06 | İqtisadiyyat | Baxılıb: 343 dəfə | Çap et

Azərbaycan prezidenti İlham Əliyev "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Qanuna aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilib:

Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.

Qanuna edilən dəyişiklikdən irəli gələrək, azərbaycanda sahibkarliq subyektlərinin meyarlara görə bölgüsü aparilacaq. Sahibkarlar dörd qrupa - mikro, kiçik, orta və iri subyektlərə bölünəcək və onlarin hər birinə ayrica yanaşma tətbiq ediləcək. Fərmana uyğun olaraq, sahibkarliğin tənzimlənməsi tədbirləri hər qrup üzrə təsnifləşdiriləcək, sahibkarlara dövlət dəstəyi və güzəştləri yeni meyarlar əsasinda həyata keçiriləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanuna dəyişiklikləri şərh edərkən bildirib ki, əsas məqsəd sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin artırılması, hər bir növ sahibkarlıq subyektinin ayrı-ayrılıqda dəstəklənməsinə nail olmaqdır: "Sahibkarlıq subyektlərinin fərq­ləndirilməsi ünvanlılığa səbəb olmaqla sahibkarlarla işin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Yeni qanun sahibkarlıq subyektlərinə dövlət dəstəyinin səmərəliliyini artıracaq, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri ilə müvafiq qurumlar arasında əlaqənin müasir meyarlar əsasında qurulmasına şərait yaradacaq".

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, yeni yanaşma sahibkarlarla işin qurulmasında diferensiallığı artıracaq, dövlət dəstəyindən və güzəştlərindən istifadə zamanı konkretliyi təmin edəcək: "Nazirlər Kabinetinin təsnifatına uyğun olaraq kiçik və orta müəssisələr üçün həm dövriyyə, həm də işçilərin sayına uyğun olaraq fərqləndirmələr həyata keçirilirdi. Kiçik və orta müəssisələr sadələşdirilmiş vergi subyekti kimi vergi güzəştlərindən istifadə etmək hüququna malik idilər. Sadələşdirilmiş vergi subyektləri Bakıda fəaliyyət göstərdikləri halda, dövriyyənin 4%-i, rayonlarda isə dövriyyənin 2%-i həcmində vergi ödəyirdilər. Sadələşdirilmiş vergi subyektlərinin dövriyyəsi 200 min manatdan çox olduqda isə onlar sadələşdirilmiş vergi subyektləri deyil, daha iri və ya əlavə dəyər vergisi ödəyicisi hesab edilirdilər. Bu sıraya mikro sahibkarların əlavə edilməsinə ehtiyac var idi. Beləliklə, yeni dəyişikliklər həmin qrupa aid sahibkarlarla bağlı mürəkkəbliyi aradan qaldıracaq".

Ekspertin fikrincə, qanuna edilmiş dəyişikliklər sahibkarlıqla bağlı son dövrlərdə aparılan institusional islahatların tələblərinə uyğun bəzi məsələlərin də həllini tapmasına kömək edəcək: "Bir müddət əvvəl Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, eləcə də Kreditlərə Zəmanət Fondu yaradılıb. Təhlillər göstərir ki, sadələşdirilmiş vergi subyektləri, yaxud kiçik və orta sahibkarlar vergi güzəştlərindən istifadə etsələr də, onların, xüsusən də mikro sahibkarların kredit resurslarına çıxış imkanları məhduddur. Bu kateqoriyaya aid sahibkarlar girov təklif edə bilmədikləri üçün Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən faydalana bilmirdilər. Nəticədə, xüsusən də daha kiçik sahibkarlıq subyektləri həm kreditlərə, həm də bazara çıxış imkanları baxımından çətinliklərlə üzləşirdilər. Sahibkarların qruplara ayrılması və mikro sahibkarlığın fərqləndirilməsi artıq onların bu cür problemlərinin həllinə imkan verəcək. Dövlət onların ayrıca dəstəklənməsinə geniş şərait yaradacaq".

İqtisadçı Radil Fətullayev də o fikirdədir ki, indiyədək sahibkarların konkret meyarlara bölünməməsi dövlət tərəfindən verilən maliyyə güzəştləri, digər imtiyazlar zamanı bir sıra hallarda problemlərə gətirib çıxarırdı, kiçik sahibkarlar ümumi sahibkarlığa dəstək tədbirləri sırasında diqqətdən kənarda qalırdı. Yeni meyarlar isə artıq bu cür pərakəndəliyi aradan qaldıracaq, hər bir sahibkarlıq subyektinə fərdi yanaşmaq mümkün olacaq.

ELBRUS

Mənbə: http://vergiler.az/art-view/6840/

Mənbə: https://apa.az




Son İqtisadiyyat xəbərləri

2018-10-19 | 2019-cu ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2018-10-19 | Həyat sığortasına güzəştlər azaldılacaq
2018-10-15 | Manatı ölkədən çıxarılması ilə bağlı qaydalar təsdiq edilib
2018-10-04 | Məmməd Musayev: Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var
2018-10-04 | Vergilər Nazirliyi sosial çarxlar hazırlayıb
2018-10-01 | Bu gün Vergi, Gömrük məcəllələrinə dəyişikliklərin müzakirəsi başlayır
2018-09-26 | Hansı qanunlarda dəyişikliklər olacaq?
2018-09-20 | Nağd alış-verişin birdəfəlik tarixə qovuşması gündəmdə: Öncə banklardan başlamaq lazımdır
2018-09-14 | Energetik içkilərə vergi tətbiq edilməlidirmi?
2018-08-08 | Bu şirkət Vergilər Nazirliyinin məsləhətçisi oldu


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Tax Consultant
Mühasib
Mühasib
Accountant
Chief Accountant
Audit
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!