Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.19
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda nümayəndəliyi olan audit şirkətinin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub

2017-01-30 | Audit | Baxılıb: 484 dəfə | Çap et

Beynəlxalq audit şirkəti olan KPMG-nin ("Klynveld Peat Marwick Goerdeler") keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub.

"APA-Economics" "WallStreetJournal" nəşrinə istinadən xəbər verir ki, keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar.

Bildirilir ki, KPMG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər.

KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

"WallStreetJournal" yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb.

Qeyd edək ki, KPMG "Böyük Dördlük" adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır. Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə "Deloitte" , "PWC" və "Ernst & Young"dan sonra dördüncü yerdədir. Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.

Xatırladaq ki, "KPMG Azərbaycan limited" şirkətin Azərbaycandakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.

Mənbə: https://apa.az/maliyye_xeberleri/azerbaycanda-numayendeliyi-olan-kmpg-nin-6-rehber-sexsi-abs-da-hebs-olunub-5101.html




Son Audit xəbərləri

2019-01-17 | Auditorlar Palatası iqtisadi subyektləri müstəqil auditor cəlb etməyə çağırıb
2018-12-23 | Auditorlar Palatası iqtisadi subyektləri kənar auditor cəlbinə çağırır
2018-10-15 | Azərbaycanda auditorlar çirkli pulların yuyulmasına qarşı mübarizədə iştirak edəcəklər
2018-10-15 | Azərbaycanda auditorların şəxsi elektron kabineti olacaq
2018-10-08 | Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kursları təşkil edir
2018-09-14 | Nəhəng audit şirkəti Azərbaycandakı ittihamlara cavab verdi
2018-06-27 | Bakıda auditorlar korporativ idarəetmədə şəffaflıq problemlərini müzakirə edirlər
2018-05-02 | Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir
2018-05-01 | 7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb
2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Qaçaqmalçı Molla.

Molla hər gün çör-çöplə yüklü eşşəklə sərhəddi keçirdi. Hamı bilirdi ki, Molla qaçaqmalçılıqla məşğuldur. Ona görə sərhədçilərv o qayıdanda onu başdan-ayağa kimi yoxlayırdılar, amma bir şey tapa bilmirdilər. Molla Nəsrəddinin vəziyyəti isə günü-gündən yaxşılaşırdı.
Axırda o işi buraxıb başqa ölkəyə yaşamağa köçür. Bir neçə il keçmişdir ki, sərhədçilərdən biri Mollaya rast gəlir. O suruşur: "Ay Molla, indi ki qizlətməyə bir səbəb yoxdur, de görüm, sən sərhəddən nə keçirirdin?."
- Eşşəkləri - deyib, Molla yoluna davam edir.


Mühasib
Accountant
Economist / Researcher
Mühasib
Baş mühasib
1C Operator
Baş mühasib

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!