MUHASIB.AZ
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Kommersiya təşkilatlarının və publik hüquqi şəxslərin nəzərinə!

2018-01-29 | Audit | Baxılıb: 450 dəfə

"Auditor xidməti haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Mülki Məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq səhmdar cəmiyyəti illik maliyyə hesabatının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Eyni zamanda "Mühasibat uçotu haqqında" Qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mənbə: http://marja.az/news/19693




Son Audit xəbərləri

2018-06-27 | Bakıda auditorlar korporativ idarəetmədə şəffaflıq problemlərini müzakirə edirlər
2018-05-02 | Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir
2018-05-01 | 7 sərbəst auditor və 8 auditor təşkilatının fəaliyyəti dayandırılıb
2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi
2018-03-05 | Auditin məcburiliyi sərtləşdirilməlidir
2018-02-27 | KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət
2018-02-27 | Azərbaycanda 13 auditor şirkətinin fəaliyyəti dayandırılıb
2018-02-06 | Auditorlar üçün "Hippokrat Andı"
2017-01-30 | Azərbaycanda nümayəndəliyi olan audit şirkətinin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub
2018-01-29 | Kommersiya təşkilatlarının və publik hüquqi şəxslərin nəzərinə!


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Kəndxuda

Lotular yenə də bir gün Mollaya sataşmaq məqsədilə onun eşşəyini oğurlayırlar, sonra da özünü inandırmağa çalışırlar ki, eşşəyi filan kənddə kəndxuda olub.
Molla deyir:
- İnanıram, qardaş! Çünki mən həmişə kəndxuda adı çəkəndə çərən dəymiş qulaqlarını şəkləyərdi. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş.


Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi
Zərərin keçirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!