Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.02.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

14 mindən artıq borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb

2018-01-22 | Hüquq | Baxılıb: 163 dəfə

Ötən il 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə deyilib.

Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət (http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub.

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Ötən il icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30%-dək, bilavasitə qəbula gələn şəxslərin sayı isə 2 dəfədən çox azalıb.

Diqqətə çatdırılıb ki, icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra sahəsində qanunvericilik təkmilləşdirilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib

Bununla yanaşı, xidmətin maddi-texniki bazasının və infrastrukturunun möhkəmləndirilməsi yönündə tədbirlər görülüb, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün "Elektron icra" sistemi yaradılıb. Artıq ötən ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Eyni zamanda, aidiyyəti dövlət qurumlarından borclu şəxslərə dair şəxsiyyət vəsiqəsi, doğum, nikah, ölüm, soyadın, adın və ata adının dəyişdirilməsi, nikahın pozulması, eləcə də vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi, telefon nömrələri, vergi ödəyicisi barədə məlumatlar "Elektron icra" sisteminə tam inteqrasiya olunmaqla icra qurumlarının istifadəsinə verilib. Hazırda bu sistemin tətbiqi dairəsi genişləndirilir.

Mənbə: https://az.trend.az/azerbaijan/society/2850951.html




Son Hüquq xəbərləri

2018-01-22 | 14 mindən artıq borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb
2018-01-22 | Palatanın müraciətilə iri istehsal şirkəti cəzalandırıldı
2017-12-06 | Ali Məhkəmə: Vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarların xeyrinə həll edilir
2017-11-22 | Rəqabət Məcəlləsinin layihəsi müzakirə edilib
2017-10-18 | Xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı proseduru qüvvəyə minib
2017-05-23 | Şirkətlərdə idarəetmə ilə bağlı yeni tələblər qüvvəyə mindi
2017-05-23 | ASC-lər bu məlumatları hər il dərc etməyə borcludurlar - DƏYİŞİKLİK
2017-02-20 | Azərbaycanda şirkətlərin nizamnamə kapitalına tələb artılacaq
2015-11-30 | Əmək məzuniyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin işəgötürənlərə müraciəti
2015-05-19 | Şirkət rəhbərlərinə müqavilə məhdudiyyəti


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Marketinq Analitik
Accountant
Anbardar
Kassir
Baş mühasib
Commercial Analyst
Бухгалтер

 :: Sual - Cavab
Malların təsərrüfatdaxili yerdəyişməsi
Əməkhaqqından vergi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!