Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 14.12.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Dövriyyəsinin 80%-dən çoxu nağdsız olan sahibkarlar 17%-lə vergiyə cəlb edilə bilər

2017-11-10 | Vergi | Baxılıb: 192 dəfə

Beynəlxalq təcrübəni nəzərə alaraq nağd hesablaşmaların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması üzrə bəzi təkliflərin nəzərdən keçirilməsi məqsədəuyğundur.

"Marja" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov bildirib.

"Məsələn, belə hesab edirik ki, fiziki şəxslər və hüquqi şəxslər arasında aparılan əməliyyatların müəyyən məbləğdən artıq olan hissəsi (qeyri-rezidentlər üçün fərqli məbləğlər müəyyən edilə bilər) yalnız nağdsız şəkildə reallaşdırıla bilər, əks halda, aparılan əməliyyatın müəyyən faizi məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Bu qaydaların pozulmasına görə həm ödəyənin, həm də ödəməni qəbul edənin birgə məsuliyyət daşımasını nəzərdə tutan qanunvericilik aktının qəbul olunması məqsədəuyğundur.

"İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında Qanunun I fəslində əsas anlayışlar hissəsinə "malların (işlərin, xidmətlərin) ödəniş forması" anlayışının, II fəslində istehlakçıların hüquqları hissəsinə isə "malların (işlərin, xidmətlərin) ödəniş formasını sərbəst seçmək hüququ"nun əlavə edilməsi də vacibdir. Bütün dövlət rüsumlarının və kommunal rüsumların yalnız nağdsız qaydada qəbul edilməsi və ya nağdsız ödənişlər üçün məbləğin müəyyən hissəsi həcmində endirimlərin tətbiqi, fiziki şəxslər tərəfindən kommersiya banklarına yerləşdirilən depozitlər üzrə faizlərin onlara nağdsız şəkildə verilməsi də məqsədəuyğundur. Bundan başqa, banklar tərəfindən verilən istehlak kreditlərinin əhali tərəfindən nağdsız ödənişlər üçün istifadə edilməsi halında kreditlərə güzəştlərin olunması, əhaliyə mal (xidmət) təqdim edən ticarət obyektlərinin aylıq dövriyyələrinin əksər hissəsini (məsələn, 80%-dən yuxarı) nağdsız əməliyyatlar təşkil edən sahibkarların gəlir (mənfəət) vergisinə güzəştli dərəcə ilə (məsələn 17%) cəlb edilməsi də məqsədəmüvafiq hesab edilə bilər".

Mənbə: http://marja.az/news/15750




Son Vergi xəbərləri

2017-12-11 | Vergilər Nazirliyi sahibkarlara müraciət etdi
2017-12-08 | Vergilər Nazirliyi KPMG Azərbaycan ilə birlikdə "Ümumi Hesabatlılıq Standartları" mövzusunda seminar keçirib
2017-12-08 | Azərbaycanda vergi yükü 40%-dən azdır - İCMAL
2017-12-04 | Taksi xidmətlərinə görə ƏDV hesablanması ilə bağlı AR Vergilər Nazirliyindən açıqlama.
2017-12-01 | Azərbaycan banklarının kartları ilə xaricdə taksiyə ödənişdən ƏDV tutulmayacaq
2017-11-27 | Vergilər Nazirliyində sahibkarlarla görüş keçirilib
2017-11-27 | Tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılması planlaşdırılır.
2017-11-22 | Deputat: "ƏDV differensiallaşdırılmalı, Rəqabət Məcəlləsi qəbul olunmalıdır"
2017-11-22 | Rusiya baş nazirinin müavini vergi və gömrük xidmətlərinin birləşdirilməsini təklif edib
2017-11-16 | Vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər hazırlanıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Intake EY Business School 2018
ƏMƏLİYYATÇI-XƏZİNƏDAR
Operator 1C
Senior Financial Specialist
Finance Analyst
İnvestisiya Analitiki (Xarici İqtisadi Əlaqələr şöbəsi)
Budgeting and Reporting Assistant

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!