Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 17.12.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

"Nar" "TaxFree" mobil tətbiqini təqdim etdi

2017-10-18 | Accountsoft | Baxılıb: 376 dəfə | Çap et

"TaxFree4U" əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında "Nar" operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək "Nar TaxFree" mobil tətbiqini təqdim etdi. Bu yenilik sayəsində "Nar" istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər. "Nar TaxFree" xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, "TaxFree" anketinə gömrük zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.

"Nar TaxFree" tətbiqi sayəsində "Nar" abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksəkfaizli ƏDV qaytarılması praktikasını təmin edir. "Nar TaxFree" tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.

Tətbiqdən yararlanmaq üçün "6592" qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün "Nar" istifadəçiləri istifadə edə bilərlər. "Nar TaxFree" tətbiqi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

"Azerfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim edib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mənbə: https://apa.az/iqtisadiyyat-xeberleri/infrastruktur/174-nar-taxfree-mobil-tetbiqini-teqdim-etdi-1866.html




Son Accountsoft xəbərləri

2018-09-27 | Azərbaycanda Vahid Mühasibatlıq Sistemi tətbiq edilməsi planlaşdırılır.
2018-01-31 | Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib
2017-12-08 | Hər bir Azərbaycan vətəndaşının öz "elektron kabinet"i olacaq
2017-10-18 | "Nar" "TaxFree" mobil tətbiqini təqdim etdi
2017-05-20 | III Baki Risk Forumu risk peşəkarlari ilə maliyyə sektorunda informasiya texnologiyalari risklərinin idarə edilməsini müzakirə edib (Yeniləndi)
2017-04-11 | ABŞ-da vergi sistemində süni intelektdən istifadə edilməyə başlanılıb.
2015-08-16 | 1С:Бухгалтерия 8 для Азербайджана
2013-11-20 | Bakıda "SAP İnnovasiya Günü" keçiriləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Çəkidə və ölçüdə aldadanların vay halına!

(Quran, Mutaffifin, 1)


1C OPERATOR
MÜHASİB KÖMƏKÇİSİ
MÜHASİB
BAŞ MÜHASİB
Kassir
Mühasib köməkçisi
Mühasib-audit

 :: Sual - Cavab
Elektron ödənişdən ƏDV tutulması
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!