Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.02.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilər Nazirliyinin Tədris Mərkəzində "ACCA" sertifikatlaşdırma imtahanları təşkil edilib

2017-09-14 | Sertifikasiyalar | Baxılıb: 555 dəfə

Sentyabrın 5-də Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə "İmza Group" MMC arasında əməkdaşlıq çərçivəsində "100 uğurlu imza" birgə təlim layihəsi həyata keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təşkilatlar arasında əldə edilmiş razılığa əsasən, əməkdaşlıq layihəsinin mühüm komponentlərindən biri Tədris Mərkəzində "ACCA" sertifikatlaşdırma imtahanlarının təşkili olub. "ACCA" sertifikat imtahanının ilkin mərhələsində 30 nəfər iştirak edib. İmtahanlar onlayn şəkildə və ingilis dilində aparılıb.

Vergilər Nazirliyinin Tədris Mərkəzi "ACCA" sertifikatlaşdırma imtahanlarının təşkili üçün müvafiq lisenziyaya malikdir və ölkəmizdə peşəkar mühasiblər üçün beynəlxalq sertifikat hesab edilən bu imtahanları təşkil edir.

Tədbirdə qeyd olunub ki, Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə "Imza Group" MMC arasında imzalanmış Memoranduma əsasən, bu qurumlar vergi qanunvericiliyi üzrə təlim materiallarının hazırlanması, vergiödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək üçün tədbirlərin keçirilməsi, müvafiq sahələr üzrə birgə konfrans, seminar, təlim və görüşlərin təşkili və müvafiq sahələr üzrə konsaltinq və digər xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edirlər.

Xatırladaq ki, "ACCA" mərkəzi Londonda yerləşən, 1904-cü ildən bəri fəaliyyət göstərən, müxtəlif dünya ölkələrindən 188 min üzvü olan nüfuzlu bir təşkilatdır. Həmin təşkilatın təşkil etdiyi imtahanlardan uğurla keçmiş şəxslərə verilən sertifikatlar dünya ölkələrinin əksəriyyətində tanınır.

Mənbə: https://azertag.az/xeber/Vergiler_Nazirliyinin_Tedris_Merkezinde_ACCA_sertifikatlasdirma_imtahanlari_teskil_edilib-1090779




Son Sertifikasiyalar xəbərləri

2017-09-14 | Vergilər Nazirliyinin Tədris Mərkəzində "ACCA" sertifikatlaşdırma imtahanları təşkil edilib
2015-07-14 | Azərbaycan dilində və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılan mühasibatlıq üzrə ilk sertifikasiya proqramı.
2015-05-15 | Artıq CFA imtahanına pulsuz hazırlaşmaq imkanı yaranıb!
2014-04-30 | "CFA-I" imtahanına hazırlıq kursu


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Marketinq Analitik
Accountant
Anbardar
Kassir
Baş mühasib
Commercial Analyst
Бухгалтер

 :: Sual - Cavab
Malların təsərrüfatdaxili yerdəyişməsi
Əməkhaqqından vergi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!