Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.02.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə BİLDİRİŞ-MƏLUMAT

2017-08-24 | Kadr işi | Baxılıb: 570 dəfə

Hörmətli vergi ödəyicisi!

Bildiririk ki, Əmək Məcəlləsinə əsasən işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində (https://www.e-gov.az/az/login/?return=/az/services/read/3188) əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir.

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır. Asan İmza sertifikatının alınması üçün ASAN xidmət mərkəzlərinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Xatırladırıq ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 




Son Kadr işi xəbərləri

2018-02-12 | Baş Kolektiv Sazişin bağlanması haqqında qərar qəbul ediblər.
2018-02-12 | Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq
2018-02-09 | Əmək müqaviləsinə xitam veriləcəyi hədəsi ilə işçini əmək funksiyasına aid olmayan işi görməyə məcbur etmək qadağandır
2018-02-08 | 2018-ci ilin "İş vaxtının norması" və "İstehsalat təqvimi"ndə dəyişikliklər edilib.
2018-02-06 | Nazirlik: Prezident seçkiləri günü iş günü hesab edilmir
2018-02-06 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığorta edənlərə müraciət edib
2018-02-01 | "Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları" mövzusunda tədbir keçirilib.
2018-01-10 | Bu il üçün əmək qanunvericiliyinin tətbiqi ilə bağlı tədbirlər planı hazırlanıb
2017-01-08 | Azərbaycanda müəssisələrdə işçilərin 5 faizinin əməkhaqqının 50 faizi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək
2018-01-08 | Azərbaycanda kimlər işsizlikdən sığorta ödənişi ala bilər? Ödənişi nə qədər olmalıdır?


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Marketinq Analitik
Accountant
Anbardar
Kassir
Baş mühasib
Commercial Analyst
Бухгалтер

 :: Sual - Cavab
Malların təsərrüfatdaxili yerdəyişməsi
Əməkhaqqından vergi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!