Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.09.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Dünyanın aparıcı iki audit şirkəti böyük məbləğdə cərimələnib

2017-08-17 | Audit | Baxılıb: 362 dəfə

Dünyanın aparıcı 4 audit şirkətindən ikisi KPMG və PwC müstəqil nəzarəti həyata keçirərkən yol verdikləri nöqsanlara görə cərimələnib.

"APA-Economics" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, KPMG 2011-ci ildə neft-qaz şirkəti olan "Miller Energy Resources"in auditini keyfiyyətsiz apardığına görə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komissiyası tərəfindən 6,2 mln. dollar (4,8 mln. funt sterlinq) məbləğində cərimələnib. Məlumata görə, KPMG "Miller Energy Resources"in bəzi aktivlərinin dəyərinin 100 dəfə şişirdilməsi faktına diqqət yetirməməkdə günahlandırılır.

Bundan başqa, Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurası 2011-ci ildə "RSM Tenon Group"da apardığı audit zamanı yol verdiyi nöqsana görə "PricewaterhouseCoopers"i (PwC) cərimələyib. PwC-nin bonus ödənişləri, istehsalın tam yerinə yetirilməməsinə görə müqavilədə nəzərdə tutulan kompensasiya məbləğinin qeydiyyatının müəyyən aspektləri, icarə ödənişlərinin qeydiyyatı, müəssisənin kapitalının təmininin qiymətləndirilməsində nöqsanlara yol verib. PwC şirkəti həyata keçirilmiş auditin peşəkar standartlara uyğun olmadığını qəbul edib.

Qeyd edək ki, qərara əsasən, PwC 5,1 mln. funt sterlinq məbləğində cərimə ödəməlidir. "Bloomberg" agentliyinin məlumatına görə, bu, nizamlayıcının fəaliyyəti dövründə qeydə alınmış ən iri cərimədir. Qeyd edək ki, PwC Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurasının xərclərini örtmək üçün 500 min funt sterlinq ödəməlidir.

Mənbə: https://apa.az/iqtisadiyyat-xeberleri/maliyye_xeberleri/dunyanin-aparici-iki-audit-sirketi-boyuk-meblegde-cerimelenib-4297.html




Son Audit xəbərləri

2017-08-17 | Dünyanın aparıcı iki audit şirkəti böyük məbləğdə cərimələnib
2017-07-05 | Auditdən keçməyənləri məhkəmə gözləyir
2017-06-11 | Azərbaycanda "Böyük dördlüy"ə daxil olan audit şirkətlərinin xidmətlərinə maraq kəskin azalıb
2017-02-28 | Vahid Novruzov: "Azərbaycanda auditdən keçən şirkətlərin sayı ötən il 10-15% artıb"
2017-02-28 | Azərbaycanda "Auditor xidmət haqqında" qanun dəyişəcək
2017-02-15 | Palata bu subyektlərdən müstəqil audit rəyi tələb edəcək
2015-12-11 | Nəhəng auditor "Azərkosmos" ilə müqavilə imzaladı
2015-11-14 | Azərbaycanda kənar auditorlara dair tələblər müəyyənləşib
2015-11-02 | Auditorlara şad xəbər
2015-10-16 | ABŞ-ın beynəlxalq konsaltinq şirkəti Azərbaycanda


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Financial Department Manager
Mühasib
Бухгалтер
Бухгалтер ресторанной сети
Accountant (Female)
Mühasib
Kassir

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!