Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Yeni qaydalar təsdiq olunub

2017-08-09 | Vergi | Baxılıb: 795 dəfə

"Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması qaydaları" Vergilər Nazirliyi tərəfindən təsdiq olunub.

Qaydaların qəbul olunmasında başlıca məqsəd gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin müəyyənləşdirilməsi üçün qeydiyyat kitabının tətbiqi, vergi ödəyiciləri ilə bağlı zəruri tədbirlərin görülməsidir. Qaydalar toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik edən və digər oxşar fəaliyyət göstərən - fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxsləri əhatə edir.

Qaydalara əsasən, ictimai iaşə obyektləri yerləşdikləri ərazi üzrə vergi orqanları tərəfindən qeydiyyat kitabı ilə təmin ediləcəklər. Qeydiyyat kitabında müvafiq qeydlər hər bir müğənninin, ansamblın və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan şəxslərin çıxışına başlamazdan əvvəl aparılmalıdır.

Təsərrüfat subyektlərində (obyektlərində) qeydiyyat kitabı tətbiq olunan vergi ödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatlar hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Vergi ödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatların vergi orqanına vaxtında təqdim edilməsi barədə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən mütəmadi olaraq maarifləndirmə və qanunvericiliyin tələbləri barədə məlumatlandırma aparılacaq. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aparılan məlumatlandırma-izahat tədbirlərindən sonra 10 iş gün ərzində məlumat forması təqdim edilmədikdə, həmin vergi ödəyiciləri barədə məlumatlar risk meyarı kimi qiymətləndirilərək adları operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim ediləcək ki, vergi nəzarəti tədbirləri zamanı nəzərə alınsın.

Qeydiyyat kitabındakı məlumatlara əsasən tərtib edilən məlumat forması vergi ödəyiciləri tərəfindən kağız daşıyıcılarda və ya Vergilər Nazirliyinin "İnternet vergi idarəsi"ndə real vaxt rejimində elektron qaydada tərtib edilib vergi orqanına təqdim edilə bilər.

Elektron formada təqdim edilmiş məlumatlar "Axtarış&Hesabat" informasiya sisteminin müvafiq hesabatlarına inteqrasiya olunacaq. İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən müvafiq qaydada təqdim olunmuş məlumatlar vergi orqanlarının vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillərin aparılması ilə məşğul olan strukturu tərəfindən ayda 1 dəfədən az olmayaraq "Axtarış&Hesabat" informasiya sistemindən alınaraq təhlil olunacaq. Vergi Məcəlləsinin 220.10-cu maddəsinə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan şəxslərin VÖEN-i olduğu halda, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" alıb-almadığı yoxlanılacaq.

Müğənnilik fəaliyyəti ilə məşğul olan və ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin gəlirləri barədə məlumatlar həmin dövr üzrə təqdim edilmiş vergi bəyannamələrinin məlumatları ilə proqram təminatı tərəfindən avtomatik olaraq qarşılaşdırılacaq, kənarlaşmalar aşkar olunduqda kameral vergi yoxlaması ilə müvafiq tədbirlər görüləcək.

Vergi orqanları tərəfindən ildə 2 dəfədən az olmayaraq aşağıdakı istiqamətlərdə məlumatlar təhlil edilərək riskli vergi ödəyicilərinin siyahısı müəyyənləşdiriləcək:

  • İctimai iaşə obyekti olub, məlumat forması təqdim etməyən və ya təqdim edilmiş məlumatların düzgünlüyündə risk ehtimalı olan vergi ödəyiciləri;
  • Müğənnilik və ansambl fəaliyyəti ilə məşğul olan şəxslər üzrə qarşılıqlı əlaqələrə, KİV-dən (reklamlar, anonslar) əldə edilmiş məlumatlar ilə onlar barədə təqdim edilmiş məlumatlar arasında kənarlaşma olan və ya barələrində ümumiyyətlə məlumat olmayan şəxslər;
  • Eyni müğənni və ya ansambl (qrup) barədə ayrı-ayrı vergi ödəyiciləri tərəfindən fərqli məlumatların təqdim edilməsi üzrə;
  • Baza məlumatlarına əsasən fəaliyyəti aktiv olan, lakin barəsində məlumat forması təqdim edilməyən müğənnilər və ansambllar;
  • Təqdim etdikləri məlumat forması ilə həmin dövr üzrə vergi bəyannamələri arasında kənarlaşma ehtimal olunan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;
  • Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə vergi orqanında uçota alınan, lakin təqdim edilmiş məlumatlara əsasən barələrində məlumat olmayan və "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almayan vergi ödəyiciləri.
A.NƏBİYEVA

Qaydalar ilə buradan tanış ola bilərsiniz - Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması QAYDALARI.

Mənbə: http://vergiler.az/art-view/6166/




Son Vergi xəbərləri

2018-06-14 | Dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq
2018-06-14 | Ümumi Hesabatlılıq Standartının tətbiqi və tələblərə əməl edilməsi
2018-06-13 | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vergi yığımlarını artırmaq üçün Vergilər Nazirliyinə dəstək verəcək
2018-06-06 | Vergilər Nazirliyi: Kassa çeki verməyənlərə 6 min manata qədər maliyyə sanksiyası tətbiq oluna bilər
2018-06-06 | Azərbaycanda siqarlara tətbiq edilən vergilər artırılır
2018-06-05 | Mühasibat uçotu haqqında AR Qanununa edilən dəyişikliklər - Mehdi Babayev şərh edir.
2018-06-05 | Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar keçiriləcək
2018-06-02 | Əmək haqqından ödənilən vergilərin azaldılması ilə bağlı vergi eksperti Emin Səttarovun şərhi.
2018-05-31 | Azərbaycanda vergidən azadolmalar təhlil ediləcək
2018-05-27 | Nazir vergidə ediləcək dəyişiklikləri açıqladı


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar


   Hikməti-nur
Arxadır insana onun kamalı,
Elmdir insanın dövləti, malı

Nizami Gəncəvi


Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!