Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.02.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vergilər Nazirliyi müğənnilərə xəbərdarlıq etdi -"cinayət əməli hesab olunur"

2017-08-09 | Vergi | Baxılıb: 192 dəfə

Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur:

"Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir.

Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir.

Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

Xatırladırıq ki, təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqənizə bərpa olunacaqdır.

Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur!

Əlavə məlumat almaq üçün qeydiyyatda olduğunuz vergi orqanına və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz".

Mənbə: http://marja.az/news/11246




Son Vergi xəbərləri

2018-02-16 | Müəyyən sahələrdə fərqli ƏDV dərəcələri tətbiq etmək mümkündür
2018-02-16 | Vahid Əhmədov-un vergilər ilə bağlı təklifləri.
2018-02-16 | ASK prezidenti Məmməd Musayev-in sahibkar-vergi münasibətləri ilə bağlı təklifləri.
2018-02-14 | Prezident Administrasiyası Vergilər Nazirliyindən şikayət edən şirkətlərin adlarını açıqlayıb - SİYAHI
2018-02-14 | Ziyad Səmədzadə: "Kəndilərdən vergi tutulacağını deməmişəm"
2018-02-14 | "Biz mədəni, amma çox sərt danışacağıq" - Mikayıl Cabbarovun çıxışı – TAM MƏTN
2018-02-13 | Mikayıl Cabbarov: "Tanınmış şirkətlər qanunvericilikdə olan boşluqlardan istifadə edərək vergidən yayınır"
2018-02-13 | Nazir: "Haqqında şikayətlər daxil olan vergi məmurları ilə bağlı ölçülər götürüləcək"
2018-02-13 | Nazir: "Xarici şirkətlərin vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur"
2018-02-13 | "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransından xəbərlər. YENILƏNIB


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Marketinq Analitik
Accountant
Anbardar
Kassir
Baş mühasib
Commercial Analyst
Бухгалтер

 :: Sual - Cavab
Malların təsərrüfatdaxili yerdəyişməsi
Əməkhaqqından vergi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!