Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir.

2017-07-28 | Vergi | Baxılıb: 594 dəfə

11.07.2017-ci il tarixində AR Prezidenti "Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"nı öz fərmanı ilə təsdiq edilmişdir.

Fərmanda qeyd edilən ölkələrdən hər hansı birində qeydiyyatdan keçmiş və ya təsis edilmiş şəxslər ilə hər bir belə şəxs üzrə dəyəri il ərzində 500 000 manatdan artıq olan əməliyyatlarına Azərbaycan Transfert Qiymətləri qaydaları tətbiq ediləcəkdir.

Eyni zamanda, əgər hər hansı rezident siyahıda sadalan ölkələrdən birində gəlir əldə edən şəxsin səhmlərinin 20%-dən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, Nəzarətdə olan Xarici Şirkətlər qaydalarına əsasən həmin rezident belə gəlir üzrə hesabat verməli və vergi ödəməlidir.
Sual.

Rezident müəssisənin ona göstərilən xidmətlərlə bağlı Monakoda təsis olunmuş şirkətə etdiyi ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?

Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir.

Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin həmin Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi mü­əyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublika­sının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərc­lər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunur ki, həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 128.2-ci maddəsinə görə, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.

Vergi Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, hər il üçün güzəştli vergi tutulan ölkə­lərin və ya ərazilərin siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edi­lir. Bu il üçün güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı dövlət başçısının 2017-ci il 11 iyul tarixli 1505 nömrə­li fərmanı ilə təsdiq edilmişdir.

Qeyd olunanlara əsasən:

Adıçəkilən fərmanla güzəştli vergi tutulan ölkə kimi müəyyən edilmiş Monakoda təsis edilmiş şirkət ilə bağlanmış müqavilə əsasında rezident müəssisə tərəfindən həyata keçirilən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq, 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi

Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı hər il üçün təsdiq edilir.

"Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2017-ci il.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin

SİYAHISI

  1. Andorra
  2. Anqila
  3. Antiqua və Barbuda
  4. Aruba
  5. Antil Adaları (Niderland)
  6. Baham Adaları
  7. Bəhreyn
  8. Bermud Adaları
  9. Britaniya Vircin Adaları
  10. Beliz
  11. Barbados
  12. Cəbəllütariq
  13. Cersi
  14. Dominika
  15. Honkonq (Çin)
  16. Kayman Adaları
  17. Kuk Adaları
  18. Kosta-Rika
  19. Qernsi
  20. Qrenada
  21. Liberiya
  22. Lixtenşteyn
  23. Maldiv Adaları
  24. Men Adaları
  25. Marşal Adaları
  26. Montserrat
  27. Monako
  28. Makao (Çin)
  29. Nauru
  30. Niue
  31. Panama
  32. Palau
  33. Seyşel Adaları
  34. Sent Kits və Nevis
  35. Samoa
  36. Sent Vinsent və Qrenadin
  37. Sent Lusiya
  38. Törks və Kaykos Adaları
  39. Vanuatu
  40. Vircin Adaları (ABŞ)

Mənbə:




Son Vergi xəbərləri

2018-06-14 | Dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq
2018-06-14 | Ümumi Hesabatlılıq Standartının tətbiqi və tələblərə əməl edilməsi
2018-06-13 | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vergi yığımlarını artırmaq üçün Vergilər Nazirliyinə dəstək verəcək
2018-06-06 | Vergilər Nazirliyi: Kassa çeki verməyənlərə 6 min manata qədər maliyyə sanksiyası tətbiq oluna bilər
2018-06-06 | Azərbaycanda siqarlara tətbiq edilən vergilər artırılır
2018-06-05 | Mühasibat uçotu haqqında AR Qanununa edilən dəyişikliklər - Mehdi Babayev şərh edir.
2018-06-05 | Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar keçiriləcək
2018-06-02 | Əmək haqqından ödənilən vergilərin azaldılması ilə bağlı vergi eksperti Emin Səttarovun şərhi.
2018-05-31 | Azərbaycanda vergidən azadolmalar təhlil ediləcək
2018-05-27 | Nazir vergidə ediləcək dəyişiklikləri açıqladı


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.


Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!