Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Mühasiblərə tələb kəskin şəkildə artıb

2017-04-25 | Mühasibat uçotu | Baxılıb: 2059 dəfə

Radil Fətullayev : "Biznes strukturlarının sayı artdıqca mühasiblərə olan ehtiyac da artacaq", Vüqar Bayramov: "Mühasiblərə olan tələbin artması son zamanlar iqtisadiyyatda tətbiq edilən yeni qaydalarla bağlıdır"

Son dövrlər tanınmış şirkətlərin, bankların iş elanlarında mühasibə tələbin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Müətəxəssislər tələbin artmasının gözlənilən olduğunu deyirlər. Bunu həm mövcud maliyyə vəziyyəti, həm də ixtisaslı kadr problemi ilə əlaqələndirirlər.

Müsahibatlıq məsələləri üzrə ekspert Radil Fətullayev bildirdi ki, 9 fevral 2017-cı il tarixdə kommersiya təşkilatları üçün milli mühasibat uçot standartı tətbiq olundu: "Yeni standartlar yeni uçot sisteminin tətbiq olunmasını tələb edir. Bu da beynəlxalq mühasibat standartlarını bilən mühasiblərə olan tələbi artırıb. Eyni zamanda 2017-ci ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əlavə dəyər vergi ödəyiciləri aprel ayından, sadələşdirilmiş vergi ödəyiciləri isə 1 yanvar 2018-ci il tarixindən etibarən elektron qaimə-faktura təqdim etməlidirlər. Vergilər Məcəlləsinə edilən digər dəyişikliklər - hesabat formaları ilə bağlı dəyişikliklər, "ASAN imza"nın Dövlət Sosial Müdafiə Fonduna hesabatda tələb olunması yeni elektron sistemi bilən mühasiblərə tələbi artırıb.

Araşdırmalar göstərir ki, mövcud olan mühasiblərin böyük əksəriyyəti köhnə mühasibliklə işləyən şəxslərdir. Ancaq yeni mühasibatlıq sistemi yeni kadrlara ehtiyacı artırıb. Bu, həm beynəlxalq mühasibtlığı, həm elektron sistemi bilən, "ASAN imza" ilə hesabatları bacaran mütəxəsisslərə tələbi artıracaq. Yəni, problemin kökü peşəkar mühasiblərin az olmasıdır. Hazırda gənclərin arasında baş mühasib kimi fəaliyyət göstərə biləcək mütəxəssislərin sayı azdır. Həmçinin beynəlxalq mühasibatlığı praktikada tətbiq edən və onu yerli mühasibatlıq sisteminə uyğunlaşdıran ixtisaslı kadrların sayı azdır. Bu işdə ali məktəblərin də üzərinə məsuliyyət düşür. Hansı ki, çox vaxtı bunu mühasibatlıqdan dərs deyən kurslar həll etməyə çalışırlar. Odur ki, tədris sistemini yeniyə uyuğnlaşdırmaq lazımdır. Gələcəkdə tədris müəssisələri biznesin tələbatına uyğun mühasiblər yetişdirməlidirlər".

Radil Fətullayev mühasiblərə tələbin artmasının bir səbəbi kimi də Azərbaycanda günü-gündən artan yeni sahibkarlıq subyektlərini göstərir: "Hər müəssisənin müsahiblik işini görəmk üçün ən azı bir mühasib lazımdır. Bu gün Azərbaycanda 200 mindən çox müəssisə var. Hətta getdikcə fərdi sahibkarlar belə öz uçotlarını sərbəst şəkildə aparmaqda çətinlik çəkirlər. Yəni, onlara da mühasib lazımdır. Ümumiyyətlə, biznes strukturlarının sayı artdıqca mühasiblərə olan ehtiyac da artacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ümumiyyətlə, mühasiblərə hər zaman ehtiyacın olduğunu bildirdi: "O baxımdan mühasibin axtarılması günün tələbidir. Digər tərəfdən, bu, həm də son zamanlar tətbiq edilən qaydalarla bağlıdır.

Son dövrlər banklarda nağdlaşdırma ilə bağlı limitlər tətbiq edilir. Əvvəlki dövrlərdə kassir həm də mühasib rolunu oynaya bilirdi. Ümumiyyətlə, bir mühasib bir neçə şirkətdə mühasiblik edə bilirdi. Ancaq artıq bank transfertlərinin payı artdığı üçün hətta kiçik müəssisələrdə belə ayrıca mühasiba ehtiyac var. Ona görə də hər bir müəssisə üçün ayrıca mühasib axtarmaq zəzurəti yaranıb. Odur ki, mühasiblərə olan tələbin artması son zamanlar iqtisadiyyatda tətbiq edilən yeni qaydalarla bağlıdır. Digər məqam isə ixtisaslı kadr problemidir.

Ümumiyyətlə, Azərbaycanda hər zaman bu problem yaşanıb. Düzdür, son dövrlər bu istiqamətdə xeyli irəliləyişlər əldə edilib. Xaricdə oxuyub məzun olanların, eyni zamanda innovativ olaraq müxtəlif beynəlxalq kurslarda iştirak edənlərin sayında artım var. Amma bununla belə problemin tamamilə həll olunduğunu söyləmək çətindir. Məhz kadr çatışmazlığı da bu gün mühasibə tələbin artmasının bir səbəbidir O baxımdan indi hər bir şirkət peşəkar mühasibə sahib olmağa çalışır. Ancaq bütün hallarda mühasiblərə tələb hər zaman olacaq".

Mübariz BAYRAMOV

Mənbə: http://www.movqe.az/news/iqtisadiyyat/99760.html




Son Mühasibat uçotu xəbərləri

2018-06-14 | ARPA-da mühasibatlıqla bağlı yeni komitə təsis olunub
2018-06-14 | Peşəkarlığı müəyyənləşdirən meyarlar hazırlanır
2018-06-12 | Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək
2018-06-11 | Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması mexanizmləri təkmilləşdiriləcək
2018-06-11 | Peşəkar maliyyəçilərin izahlarına üstünlük verilməlidir - Milli Mühasiblər Forumu növbəti seminar keçirəcəkdir.
2018-06-07 | Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalarda dəyişikliklər təsdiq edildi.
2018-06-02 | "Mühasibat uçotu haqqında" AR qanununa dəyişikliklər təsdiqləndi.
2018-05-18 | Milli Mühasiblər Forumu seminar keçirəcəkdir
2018-05-04 | Milli Məclis "Mühasibat uçotu haqqında" qanuna dəyişikliyi təsdiq edib
2018-04-29 | Azərbaycanda II Milli Mühasiblər Forumu keçirilib


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!