Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.04.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Vahid Novruzov: "Azərbaycanda auditdən keçən şirkətlərin sayı ötən il 10-15% artıb"

2017-02-28 | Audit | Baxılıb: 362 dəfə

Azərbaycanda fəaliyyət göstərən təsərrüfat subyektlərinin auditor xidmətinə marağı getdikcə artır. "Report"un məlumatına görə, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə 3 minə yaxın hüquqi şəxs auditdən keçib ki, bu da 2015-ci illə müqayisədə 10-15% çoxdur.

"Ümumiyyətlə, son vaxtlar yerli şirkətlər bacardıqca şəffaf işləməyə, ictimai etimad qazanmağa çalışır. Azərbaycanın bir qədər əvvəl qəbul olunmuş "Strateji Yol Xəritəsi"ndə də əsas istiqamətlərdən biri şəffaflığın artırılması, hesabatlılığın yaxşılaşdırılmasıdır. Buna nail olmadan iqtisadiyyatın dayanıqlı inkışafından, sahibkarların, səhmdarların, sadə vətəndaşların mənafeyinin qorunmasından danışmaq olmaz. Şəffaf olmayan sistem mənfi nəticələrə səbəb olur. Son vaxtlar qəbul olunmuş qanunlarda, milli fəaliyyət proqramlarında da şirkətlərin öz hesabatlarını dərc etdirməsinə, müstəqil auditor rəyi almasına xüsusi diqqət yetirilir ", - deyə V.Novruzov qeyd edib.

Bununla yanaşı, onun sözlərinə görə, hüquqi şəxsləri audit rəyi almağa sövq etmək üçün rəhbərlik etdiyi qurum Vergilər Nazirliyi ilə birgə iş aparır: "Üzvlərimiz olan auditor şirkətlərindən auditdən keçmiş idarə, müəssisə və təşkilatların siyahısını alırıq. Daha sonra Vergilər Nazirliyindən auditdən keçməli olan qurumların siyahısını əldə etdirik. Bununla da, auditdən yayınan müəssisələri müəyyən edirik. Əvvəlcə onlara xəbərdarlıq edirik, SMS-lər göndəririk ki, auditdən keçsinlər. Əks təqdirdə protokol tərtib edirik və onlar barədə məhkəməyə müraciət edirik. Məhkəmə də İnzibati Xətalar Məcəlləsinə əsasən həmin hüquqi şəxsləri cərimələyir".

Mənbə: https://report.az/maliyye/vahid-novruzov-azerbaycanda-auditden-kecen-sirketlerin-sayi-oten-il-10-15-artib/




Son Audit xəbərləri

2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi
2018-03-05 | Auditin məcburiliyi sərtləşdirilməlidir
2018-02-27 | KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət
2018-02-27 | Azərbaycanda 13 auditor şirkətinin fəaliyyəti dayandırılıb
2018-02-06 | Auditorlar üçün "Hippokrat Andı"
2017-01-30 | Azərbaycanda nümayəndəliyi olan audit şirkətinin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub
2018-01-29 | Kommersiya təşkilatlarının və publik hüquqi şəxslərin nəzərinə!
2018-01-12 | Auditorlar Palatası təsərrüfat subyektlərinin rəhbərlərinə müraciət edib
2017-12-06 | Şəffaflığın artırılmasına xidmət edəcək təlim proqramı başlayır
2017-12-01 | Palata: Bəzi sərbəst auditorlar ciddi nöqsanlara yol verməkdədir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

Yumor
Qaçaqmalçı Molla.

Molla hər gün çör-çöplə yüklü eşşəklə sərhəddi keçirdi. Hamı bilirdi ki, Molla qaçaqmalçılıqla məşğuldur. Ona görə sərhədçilərv o qayıdanda onu başdan-ayağa kimi yoxlayırdılar, amma bir şey tapa bilmirdilər. Molla Nəsrəddinin vəziyyəti isə günü-gündən yaxşılaşırdı.
Axırda o işi buraxıb başqa ölkəyə yaşamağa köçür. Bir neçə il keçmişdir ki, sərhədçilərdən biri Mollaya rast gəlir. O suruşur: "Ay Molla, indi ki qizlətməyə bir səbəb yoxdur, de görüm, sən sərhəddən nə keçirirdin?."
- Eşşəkləri - deyib, Molla yoluna davam edir.


Baş Mühasib
Accountant
Accountant
Бухгалтер
Əmək haqqı üzrə Mühasib
Pul vəsaitlərinin hərəkəti üzrə mütəxəssis
Accountant

 :: Sual - Cavab
NKA və POS-terminalların quraşdırılması
Yaşayış sahəsinin təqdim edilməsi
ƏDV-nin əvəzləşdirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!