Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.04.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda "Auditor xidmət haqqında" qanun dəyişəcək

2017-02-28 | Audit | Baxılıb: 479 dəfə

Hazırda Azərbaycan bazarında 65 hüquqi və 36 fiziki şəxs auditor xidməti göstərir.

"Report"un məlumatına görə, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, auditor şirkətlərindən 14-ü son bir neçə ay ərzində yaradılıb və rəhbərlik etdiyi qurumdan lisenziya (xüsusi icazə) alıb: "Dünya təcrübəsində olduğu kimi Azərbaycanda da daha çox auditor şirkətlərinin sayı artır, sərbəst auditorların sayı azalır. Bu da təbiidir. Çünki özünə tərəfdaş, xüsusilə də xarici tərəfdaş tapmaq istəyən şirkətlər daha çox hüquqi şəxslərdən audit rəyi almağa çalışır".

V.Novruzov onu da qeyd edib ki, Azərbaycanda "Auditor xidməti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur: "Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə birgə iş aparılır, qanun layihəsi hazırlanır. Hazırda bizdə kim istəsə auditor şirkəti aça bilər. Halbuki dünya təcrübəsində audit şirkətində azı 2 auditorun olması vacibdir. Daxili, qarşılıqlı nəzarət üçün bu, vacibdir və auditor qanunvericiliyi ona uyğunlaşdırılmalıdır. Əvvəllər Azərbaycanda azı 3 auditorun olması şərt kimi qoyulurdu, sonradan tələbləri bir qədər liberallaşdırdıq, amma indi yenidən tələbləri sərtləşdirmək zərurəti yaranıb".

Mənbə: https://report.az/maliyye/azerbaycanda-auditor-xidmet-haqqinda-qanun-deyisecek/




Son Audit xəbərləri

2018-03-05 | Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi
2018-03-05 | Auditin məcburiliyi sərtləşdirilməlidir
2018-02-27 | KPMG Azərbaycan-dan fəaliyyətin dayandırılması xəbərinə münasibət
2018-02-27 | Azərbaycanda 13 auditor şirkətinin fəaliyyəti dayandırılıb
2018-02-06 | Auditorlar üçün "Hippokrat Andı"
2017-01-30 | Azərbaycanda nümayəndəliyi olan audit şirkətinin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub
2018-01-29 | Kommersiya təşkilatlarının və publik hüquqi şəxslərin nəzərinə!
2018-01-12 | Auditorlar Palatası təsərrüfat subyektlərinin rəhbərlərinə müraciət edib
2017-12-06 | Şəffaflığın artırılmasına xidmət edəcək təlim proqramı başlayır
2017-12-01 | Palata: Bəzi sərbəst auditorlar ciddi nöqsanlara yol verməkdədir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   
    Abunəçilərə göndərilmiş məktublar

   Maraqlı şəkillər

Baş Mühasib
Accountant
Accountant
Бухгалтер
Əmək haqqı üzrə Mühasib
Pul vəsaitlərinin hərəkəti üzrə mütəxəssis
Accountant

 :: Sual - Cavab
NKA və POS-terminalların quraşdırılması
Yaşayış sahəsinin təqdim edilməsi
ƏDV-nin əvəzləşdirilməsi

Bütün suallar

Yeni kitablar
2010-2018. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!