Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.09.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Sual - Cavab



Sual ver  |  Bütün suallar  |  Forumda müzakirə et

Sual

Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdiriləcəkdir?


Cavab

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"-nın 3.5-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilir.

Qeyd olunanlara əsasən:

İstehsalçı müəssisə tərəfindən istehsal olunan məhsulların istehsalçıya məxsus təsərrüfat obyektlərində (subyektlərində) pərakəndə qaydada satışının həyata keçirilməsi məqsədilə həmin məhsullar istehsal müəs­sisəsindən pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması «Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası» ilə sənədləşdirilməklə rəsmiləşdirilir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Mənbə: http://www.vergiler.az/art-view2/7251

2018-08-17 | Mühasibat uçotu | Baxılıb: 382 dəfə


Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Mühasib, Mühasib Köməkçisi
Financial Manager
Commercial Reporting Specialist
Aparıcı mühasib
Kargüzarlıq üzrə operator
İnsan Resursları üzrə Kargüzar
Senior Accountant

 :: Sual - Cavab
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!