Sual - Cavab
Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.08.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Sual - Cavab



Sual ver  |  Bütün suallar  |  Forumda müzakirə et

Sual

Ölkə ərazisinə mobil cihazların idxalı zamanı vergi və gömrük rüsumları hansı qaydada ödənilməlidir?


Cavab

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinin müddəalarına əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, vergilərin və gömrük rüsumlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Həmin Qanunun 3.1-ci maddəsində qeyd olunub ki, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri, ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız qaydada həyata keçirilən hesablaşmalara aiddir.

Qeyd olunanlara əsasən:

Malların idxalı zamanı vergi ödəyiciləri tərəfindən vergilərin, gömrük rüsumları və yığımlarının ödənişi "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş qaydada (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.), ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə və ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar) həyata keçirilir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

2018-08-08 | Vergilər | Baxılıb: 131 dəfə


Yumor
MOLLANIN VƏSİYYƏTİ.

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.


Mühasib köməkçisi
Baş mühasib
Dəvəli ASC
Maliyyə şöbəsində sektor müdiri
Baş mühasib
Бухгалтер

 :: Sual - Cavab
Vergi və gömrük rüsumlarının ödənilməsi
Əmlak vergisi
Zərərin keçirilməsi

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!