Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 18.06.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Sual - Cavab



Sual ver  |  Bütün suallar  |  Forumda müzakirə et

Sual

Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını almış şəxsin mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir?


Cavab

Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinin müddəalarına görə, fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bina Bakı şəhərində yerləşdikdə 0,4 manat və həmin dərəcələrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır.

Vergi Məcəlləsinin 199.3-cü maddəsində qeyd edilmişdir ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, həmin Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 4.4-cü maddəsinin müddəalarına görə, yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit olunmuş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 200.4-cü maddəsinə uyğun olaraq, bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Vergi Məcəlləsinin 200.5-ci maddəsində göstərilmişdir ki, cari il üçün əmlak vergisinin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 200.6-cı maddəsinə görə fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" 2001-ci il 27 dekabr tarixli 244-IIQ nömrəli Qanunun 11.4-cü maddəsinə əsasən, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.

Qeyd olunanlara əsasən:

Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını almış şəxsin mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanır və verginin ödənilməsi barədə tədiyyə bildirişi fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının milli qəhrəmanı adı almış şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

2018-05-31 | Vergilər | Baxılıb: 93 dəfə





   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Accountant
Mühasib
Kassir
Mühasib
Mühasib
Бухгалтер

 :: Sual - Cavab
Zərərin keçirilməsi
Əmlak vergisi
Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!