Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.05.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Sual - Cavab



Sual ver  |  Bütün suallar  |  Forumda müzakirə et

Sual

Mehmanxanalarda nəzarət-kassa aparatı (NKA) və POS-terminal quraşdırılmalıdırmı?


Cavab

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vəzifəsi yalnız pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə aid edilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi ilə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 16.1.11-1-ci maddələrinə görə, nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq, POS-terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən, istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"nın 1.2-ci bəndinə əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, mehmanxanalarda POS-terminal quraşdırılmalıdır.

Qeyd olunanlara əsasən:

Mehmanxanaların fəaliyyəti nağd pul hesablaşmaları zamanı nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən fəaliyyət növlərinə aid edilmədiyindən, əhali ilə pul hesablaşmaları aparılarkən müştəridən qəbul edilən nağd pul vəsaitinə görə onlara ciddi hesabat blankı olan qəbz təqdim edilməlidir. Eyni zamanda, müştərilərlə nağdsız hesablaşmaların aparılması məqsədilə, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, mehmanxanalarda POS-terminal quraşdırılmalıdır.

2018-04-18 | Mühasibat uçotu | Baxılıb: 157 dəfə


Yumor
Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.


Summer Internship Program 2018
Maliyyə analitiki
Accounts Payable
Chief Accountant
Baş mühasib
Mühasib
Mühasib

 :: Sual - Cavab
Gəlirdən çıxılan xərclər
Ödəmə mənbəyində tutulan vergilər
NKA və POS-terminalların quraşdırılması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!