Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.05.18
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Sual - Cavab



Sual ver  |  Bütün suallar  |  Forumda müzakirə et

Sual

Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?


Cavab

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 3.5-ci bəndinə əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilir.

Qeyd olunanlara əsasən:

İstehsalçı müəssisə tərəfindən istehsal olunan məhsulların özünə məxsus təsərrüfat obyektlərində (subyektlərində) pərakəndə qaydada satışının həyata keçirilməsi məqsədilə həmin məhsulların istehsal müəssisəsindən pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirilməklə rəsmiləşdirilir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru.

2018-02-07 | Mühasibat uçotu | Baxılıb: 257 dəfə



   Hikməti-nur
Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

(Quran, Hud, 84-85)


Summer Internship Program 2018
Maliyyə analitiki
Accounts Payable
Chief Accountant
Baş mühasib
Mühasib
Mühasib

 :: Sual - Cavab
Gəlirdən çıxılan xərclər
Ödəmə mənbəyində tutulan vergilər
NKA və POS-terminalların quraşdırılması

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!